Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1045/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, Şəxs X4 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Hüquqi şəxs Şəxs X4 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs X4 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 05 mart 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs X4 Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-M-xx-xx/2025 saylı məktubu ilə tələb edilən məlumatı və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməməsi göstərilmişdir. İnzibati xəta hüquqi şəxsin ünvanında xx.xx.2025-ci il tarixdə baş vermişdir. Məhkəməm iclasında Şəxs X4 Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahtında bildirmişdir ki, onlar Nəsib Məmmədova məktub yazıb istədiyi vaxt gəlib sənədlərlə tanış ola biləcəyini bildirmişdir. Onlar Səhmdarların iclasından 45 gün qabaq Xalq qəzetində elan verirlər. Onlar heç bir sənədləri gizlətməmişdir. Sənədlərlə gəlib tanış ola biləcəkləri ilə bağlı məktub göndərmişdir. Lakin sənədləri ona göndərməmişlər. Mərkəzi Banka da sənədləri təqdim etməmişlər. Onlara tələb olunan sənədləri göndərmək üçün vaxt verilməsini xahiş etmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -05 mart 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X4 Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli, 6-1-26/2-M-xxxx/2025 saylı məktubu ilə tələb edilən məlumatı və sənədləri göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. -Azərbaycan Respublikasının Mərkəzi Bankının xidməti məktubundan görünür ki, vətəndaş Nəsib Məmmədov Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət edərək Şəxs Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) fəaliyyəti ilə bağlı sənədlərin əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin həmin sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələlərin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən Şəxs ASC-yə xx.xx.2025-ci il tarixli 6-1- 26/2-M-xx-xx/2025 saylı göstəriş məktubu göndərilmişdir. Həmin göstəriş məktubunda qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin səhmdar N.Məmmədova təqdim edilməsi və bu barədə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunmuşdur, lakin sözü gedən göstərişdə tələb olunan məlumatlar Şəxs ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. - X1 13 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, ARMM-nin 107-ci maddəsi ilə tələb edilir ki, Səhmdarın tələbi ilə Nizamnamasinin, Səhmdarın ümumi yığıncağının protokollarının surəti, səhmdarların 2024-cü il üçün reyestrinin surəti ona təqdim edilməlidir. Lakin cəmiyyətin Nizamnaməsi, səhmdarların 2024-cü il üçün Reyestri və 2018-ci, 2019-cu , 2020-ci , 2023-cü və 2024-cü ildə keçirilən yığıncaqların protokolunun surət , 2019-cu, 2020-ci, 2021-ci , 2022-ci və 2023-cü illər üçün Hesabatlar, Vergi Bəyənnaməsi, İcarə müqavilələri bu günə kimi təqdim edimir. Bundan əlavə cəmiyyət rəhbərliyi Auditor Rəyi keçirtmir, Hesabatı dərc etdirmir, aidiyyatı qurumlara vaxtı-vaxtında təqdim etmir Azərbaycan Respublikasi Mülki Məcəllənin və Cəmiyyətin Nizamnaməsi İlə təsbit edilən hüquqları bu cəmiyyətlərin rəhbəri tərəfindən pozulub. - Azərbaycan Respublikası Mərkəzi bankın 07 yanvar 2025-ci il tarixli 6-1-26/2-M-42- 48/225 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra-Mərkəzi Bank) vətəndaş Nəsib Məmmədovun xx.xx.2024-cü il tarixli 6-111- M-140xx-xx/2024 sayi müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində Şəxs Açıq Səhmdar Cəmiyyətinin keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini, səhmdarların reyestrini, nizamnamənin surətini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Nəzərə çatdırırıq ki, səhmdar, Azərbaycan Respublikasının Mülki Məcələsinin 106-2.3-cü, 102.4-cü və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdarların reyestrinin, nizamnaməsinin surətinin və səhmdarların ümumi yığıncağının protokollarının surətinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq N.Məmmədovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunur. -Azərbaycan Respublikası Mərkəzi Bankın 31 yanvar 2025-ci il tarixli 6-1-26/2- 1403/2025 məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra-Mərkəzi Bank) xx.xx.2025-cl il tarixli 6-1-26/2-M-xx-xx/2025 saylı göstəriş məktubu ilə istənilən məlumatlar tərəfinizdən bugünədək təqdim edilməmişdir. Sözügedən məktubunda qeyd edilən məlumatları 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etməyiniz xahiş olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna bilməklə bağlı xəbardarlıq olunmuşdur. Xəbərnamələrin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 yanvar 2025-ci il tarixli sorğu məktubu 17 yanvar 2025-cü il tarixində, Azərbaycan Respublikasının Mərkəzi Bankının 31 yanvar 2025-ci il tarixli sorğu məktubu 08 fevral 2025-ci il tarixində poçt vasitəsilə hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada təqdim edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs X4 Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankın 31 yanvar 2025-ci il tarixli 6-1-26/2- 1403/2025 saylı və 07 yanvar 2025-ci il tarixli 6-1-26/2-M-xx-xx/2025 saylı göstərişi ilə tələb edilən sənədləri və məlumatı Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs X4 Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs X4 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs X4 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1045/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1045/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver