Məhkəmə qərarları › İş №3(125)-1046/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1046/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1046/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11953546 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11953546 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 (əlli) manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X6 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11953546 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, **-EC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun istifədəsində deyil. xx.xx.2021-ci il tarixdən Gəncə şəhər 5 saylı notariat ofisində etibarnamə əsasında Goranboy rayonu, Gürzallar kəndində qeydiyyatda olan X1 istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə həmin etibarnamə Gəncə şəhər 5 saylı notariat ofisinin xüsusi notarusu X3 tərəfindən ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayəti müdafiə edərək izahatında bildirdi ki, şikayətdə bəzi məqamlar düzgün əks etdirilməmişdir. Belə ki, “Opel Meriva-A” minik markalı **-EC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən etibarnamə əsasında bir müddət idarə etsə də, daha sonra həmin avtomobili öz mülkiyyətçisinə geri qaytarmışdır. Həmin avtomobilə dair etibarnaməni isə xx.xx.2022-ci il tarixdə ləğv etdirmişdir. İnzibati xəta hadisəsinin aşkar edildiyi xx.xx.2022-ci il tarixdə avtomobil faktiki olaraq onun istifadəsində olmamışdır. Beləliklə, hesab edir ki, həmin inzibati xəta onun tərəfindən törədilməmişdir. Ona görə də, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ƏN-V seriyalı, 920916 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 tərəfindən X4 “Opel Meriva-A” markalı **-EC-*** dövlət qeydiyyat nömrəli minik avtomobili xx.xx.2021-ci il tarixdən bir il müddətinə idarə etməklə bağlı etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********424 ərizədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 5 saylı notariat ofisinə müraciət edərək, “Opel Meriva-A” markalı **-EC-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinə dair ona etibar edilmiş hüquqlarından imtina edərək, etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilməklə inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. X6 şikayətində və məhkəmə iclasında izahatında bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə “Opel Meriva-A” markalı **-EC-*** dövlət qeydiyyat nömrəli minik avtomobil faktiki olaraq onun istifadəsində olmamışdır. Bu səbəbdən qeyd edilən inzibati xətaya görə o, məsuliyyət daşımamalıdır. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, X6 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən inzibati xətanın onun tərəfindən törədilmədiyini bildirsə də, məhkəməyə təqdim etdiyi etibarnamənin və ərizənin surətlərindən müəyyən olunur ki, inzibati xəta hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə “Opel Meriva-A” markalı **-EC-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinə dair X2 adına verilmiş etibarnamə qüvvədə olmuş, o, həmin etibarnamənin ləğvi üçün xx.xx.2022-ci il tarixdə, yəni inzibati xəta hadisəsindən sonra notariat orqanına müraciət etmişdir. Belə olan vəziyyətdə əksi sübuta yetirilənədək xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həmin avtonəqliyyat vasitəsinin X2 faktiki sahibliyində və idarə etməsində olduğu qəbul edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın aşkar edildiyi vaxt qüvvədə olan (ləğv edilməmiş) etibarnamə əsasında “Opel Meriva-A” markalı **-EC-*** dövlət qeydiyyat nömrəli minik avtomobili X2 faktiki sahibliyində olmuşdur və etibarnamənin ləğv edildiyi xx.xx.2022-ci il tarixədək o, həmin avtomobilin qanuni sahibi hesab olunurdu. Belə olan vəziyyətdə, xx.xx.2022-ci il tarixdə aşkar edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyəti də o daşımalıdır. Odur ki, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X2 şikayəti əsassız olduğundan təmin olunmamalı, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11953546 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11953546 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar