Məhkəmə qərarları › İş №3(125)-1048/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1048/2022

06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1048/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11618678 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11618678 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası DİN Baş X8i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli EQ 11618678 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, **-CR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun istifədəsində deyil. xx.xx.2021-ci il tarixdən Gəncə şəhər 5 saylı notariat ofisində etibarnamə əsasında Goranboy rayonu, Gürzallar kəndində qeydiyyatda olan X1 istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə həmin etibarnamə Gəncə şəhər 5 saylı notariat ofisinin xüsusi notarusu X3 tərəfindən ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və şikayətçiyə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ÜQ 11618678 saylı elektron qərardan görünür ki, 379 km Bakı şəhəri istiqamətindən xx.xx.2022-ci il tarixdə, saat 06:29:54-də “Opel Meriva-A” markalı **-CR-*** dövlət qeydiyyat nömrəli nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. İş materiallarında olan **********424 ərizədən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 5 saylı notariat ofisinə müraciət edərək, “Opel Meriva-A” markalı **-CR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinə dair ona etibar edilmiş hüquqlarından imtina edərək, etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. X4 şikayətində bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə “Opel Meriva-A” markalı **-CR-*** dövlət qeydiyyat nömrəli minik avtomobil faktiki olaraq onun istifadəsində olmamışdır. Bu səbəbdən qeyd edilən inzibati xətaya görə o, məsuliyyətə daşımamalıdır. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, Alim Cəlilov inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən inzibati xətanın onun tərəfindən törədilmədiyini bildirsə də, məhkəməyə təqdim etdiyi ərizənin surətindən müəyyən olunur ki, inzibati xəta hadisəsinin baş verdiyi xx.xx.2022-ci il tarixdə “Opel Meriva-A” markalı **-CR-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinə dair Alim Cəlilovun adına verilmiş etibarnamə qüvvədə olmuş, o, həmin etibarnamənin ləğvi üçün xx.xx.2022-ci il tarixdə, yəni inzibati xəta hadisəsindən sonra notariat orqanına müraciət etmişdir. Belə olan vəziyyətdə əksi sübuta yetirilənədək xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həmin avtonəqliyyat vasitəsinin Alim Cəlilovun faktiki sahibliyində və idarə etməsində olduğu qəbul edilir. Bundan başqa, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinin 2-ci hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin maddənin 6-cı hissəsinə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vİ hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən şəxs həmin nəqliyyat vasitəsinin qanuni sahibi hesab edilir və həmin şəxs sahibliyində olan avtonəqliyyat vasitəsini növbəti texniki baxışın keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməlidir Qanunla avtonəqliyyat vasitəsi növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilmədikdə isə, həmin şəxs İXM-in 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyət daşıyır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın aşkar edildiyi vaxt qüvvədə olan (ləğv edilməmiş) etibarnamə əsasında “Opel Meriva-A” markalı **-CR-*** dövlət qeydiyyat nömrəli minik avtomobili Alim Cəlilovun faktiki sahibliyində olmuşdur və etibarnamənin ləğv edildiyi xx.xx.2022-ci il tarixədək o, həmin avtomobilin qanuni sahibi hesab olunurdu. Belə olan vəziyyətdə, xx.xx.2022-ci il tarixdə aşkar edilən avtomobilin texniki baxışdan keçirilməməsinə görə inzibati məsuliyyəti də o daşımalıdır. Odur ki, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11618678 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11618678 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar