Məhkəmə qərarları › İş №3(125)-1049/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1049/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1049/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Əlizadə Elxan Novruz sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Həsən-X3 Gəncə şəhər X7 şöbəsinin 19 oktyabr 2022-ci il tarixli, TP5330730 nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Həsən-X2 şəhər X7 şöbəsinin 19 oktyabr 2022-ci il tarixli, TP5330730 nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, həyat oldaşının adına qeyd edilmiş, birgə nikah dövründə aldıqları QAZ 3110 minik markalı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. O manevr etmə qaydasını pozmamışdır, toyota markal avtomobil sağa manevr edərək onun avtomobilini vurmuşdur. Eyni zamanda idarə etdiyi maşının yoldaşının adına qeydə alınsa da onların birgə nikah dövründə alınmışdır. Gəncə şəhər X7 şöbəsinin 19 oktyabr 2022-ci il tarixli, TP5330730 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmalıdır. İş materiallarında olan qərarda atılan imzadan görünür ki, X5 oğlu 19 oktyabr 2022-ci il tarixli, TP5330730 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə imza atmaqla götürmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materiallarından göründüyü kimi X5 oğlu 19 oktyabr 2022-ci il tarixli, TP5330730 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə imza atmaqla götürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə həmin Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verılməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göründüyü kimi Həsən-X1 orqan tərəfindən qəbul edilmiş qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, habelə qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etməmiş, bunun üçün üzrlü səbəb göstərməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-138-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Həsən-X3 Gəncə şəhər X7 şöbəsinin 19 oktyabr 2022-ci il tarixli, TP5330730 nömrəli qərarından verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə ötürülmüş müddətin üzürlü hesab edilərək bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar