Məhkəmə qərarları › İş №3(125)-1050/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1050/2022

26.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1050/2022 26.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci ildə X4 məxsus 80 manat dəyərində Redmi Mia-1 markalı mobil telefonu ünvan 1 ünvanda yerləşən “LM” ətir dünyası mağazasından oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18dən xx.xx.2022-ci il tarixdə saat 9-dək olan müddət ərzində X2 məxsus 80 manat pulunu Gəncə şəhəri, H.Əliyev küçəsi, 86-da yerləşən aviakassadan oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis mayoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “NUR” gözəllik salonundan 85 manat pul oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin polis sahə rəisi polis mayoru X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Çinar” adlı mağazadan 05:50 radələrində mağazaya daxil olaraq oradan 90 manat pul oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında X4 məxsus 80 manat dəyərində Redmi Mia-1 markalı mobil telefonu ünvan 3 ünvanda yerləşən “LM” ətir dünyası mağazasından, xx.xx.2022-ci il tarixdə saat 18-dən xx.xx.2022-ci il tarixdə saat 9-dək olan müddət ərzində X2 məxsus 80 manat pulunu Gəncə şəhəri, H.Əliyev küçəsi, 86-da yerləşən aviakassadan, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “NUR” gözəllik salonundan 85 manat pulu, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Çinar” adlı mağazadan 05:50 radələrində mağazaya daxil olaraq oradan 90 manat pulu oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, H.Əliyev küçəsində gəzən zaman yeni inşa edilən binanın sağ küncündə yerləşən “LM” ətir dünyası mağazasını görmüş və həmin mağazanın qapısını vint açan açarla açıb içəridən Redmi Mia-1 markalı mobil telefonu oğurlayıb tanımadığı şəxsə 20 manata satmışdır. xx.xx.2022-ci ildə gecə saatlarında Gəncə şəhəri, H.Əliyev küçəsində hərəkətdə olan zaman ətrafda heç kimin olmaması diqqətini çəkmiş və küçədə yerləşən aviakassaya daxil olub oradan 80 manat pulu oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri “Azərittifaq” deyilən yerdə gecə saat 05 radələrində 54 saylı binanın yanında yerləşən NUR qadın salonunun pəncərəsini vintaçan açarla açıb içəri girib içəridən 85 manat pulu götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 05:50 radələrində Çinar adlı mebel aksesuarları mağazasının qapısını sındırıb oradan 90 manat pulu oğurlamışdır. Sonda o, əməlindən peşman olduğunu, xəstəliyinin olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını, pula ehtiyacı olduğu üçün oğurluq etdiyini nəzərə alıb qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Zərərçəkmiş şəxslər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. - 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə, xx.xx.2022-ci il tarixli MN 1550071nömrəli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilən əməl üzrə 25 gün müddətinə ona inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar