Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1054/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bəhaəddin küçəsi, döngə 2, ev 2-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-1411/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs 16800 (on altı min səkkiz yüz) manat məbləğində pul tutularaq X5 verilməlidir. Gəncə şəhər Məhkəməsinın 2(125)-5379/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs Fıruddın oğlundan 10500 (on min beş yüz) manat pul alınaraq iddiaçı X2 ödənilməlidir. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddiaçı X2 ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 1338/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2545 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Səmədov Hicran Mehdi oğlunun xeyrinə ödənilməlidir. İcra sənədləri Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə Şəxs icra sənədləri üzrə 28495 (iyirmi səkkiz min dörd yüz doxsan beş) manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. X7 borcundan qismən ödəniş etmişdir. Şəxs borcunu tam şəkildə ödəməmişdir. Axtarış nəticəsində tutulmuşdur. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcundan az miqdarda ödəniş etmişdir. Onun borcunu tam ödəməyə maddi imkanı yoxdur. Ona vaxt verilsə o, bir həftə ərzinə borcundan müəyyən miqdarda ödəniş edəcəyini bildirmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş : - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1411/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Şəxs 16800 (on altı min səkkiz yüz) manat məbləğində pul iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-5379/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 10500 (on beş yüz) manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1338/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 2500 (iki min beş yüz) manat məbləğində pul vəödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat pul tutularaq iddiaçı Səmədov Hicran Mehdi oğlunun xeyrinə tutulması qət edilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2012-ci il tarixli qərardan görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1411/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən icraat başlanmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2012-ci il tarixli bildirişdən görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1411/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. -06 mart 2013-cü il tarixli xəbərdarlıqdan görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1411/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra sənədinin icra edilmədiyi halda iXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xəbərdarlıq edilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5379/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraat başlanmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5379/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1338/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraat başlanmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1338/2024-009 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş və icra sənədinin icrası barədə İcra İdarəsinə məlumat verilməsi bildirilmişdir. -“Borclunun ünvanda yaşamaması haqqında” 11 iyun 2024-cü il tarixli aktdan görünür ki, Şəxs Gəncə şəhəri, Nizami rayonu, Şeyx Bəhaəddin küçəsi, döngə 2, ev 2-də yaşamaması müəyyən edilmişdir. -“Borclunun axtarılması haqqında” 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. -Elektron çıxarışdan görünür ki, Şəxs adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, barəsində qəbul edilmiş icra sənədlərindən biri 2012-ci il tarixli olsa da həmin vaxtdan borcunun ödənilməsinə laqeydlik göstərmişdir. O, borcundan müəyyən miqdarda ödəniş etdiyini bildirsədə bu barədə məhkəməyə heç bir ödəniş çeki təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1054/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1054/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver