Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-106/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Zərərçəkmiş şəxslər X2, X7, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Gəncə şəhəri, Atatürk prospekti ev 141-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X13 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30-da Şəxs idarə etdiyi “Vaz 21074” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici işığından daxil olmaqla Gəncə şəhəri, Əziz Əliyev prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsidə X5 idarə etdiyi “Toyota Prado” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,nəticədə X2, X7, X1 qısa müddətdə pozulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 2015-ci ildə aldığı BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ 21074” minik markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil özünə məxsusdur.xx.xx.2023-cü il tarixdə 22:30 radələrində mən idarə etdiyi VAZ 21074 minik markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Əziz Əliyev prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsinə yaxınlaşan zaman o işıqforun işığını görmədən hərəkətini davam etdirmiş və yolayrıcında düzünə hərəkətdə olan Toyota Prado minik markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş və avtomobili yolun hərəkət hissəsində dayanmışdır. Dərhal o avtomobildən enmişdir.Həmin vaxt o qorxduğundan hadisədən dərhal sonra hadisə yerindən yayınmış və sükanı qardaşı Anar Məmmədovla dəyişmiş və polislər ona yaxınlaşan zaman avtomobili Anar özünün idarə etdiyini bildirmişdir.Sonra isə o yaxınlıqdakı yaşayış evinə daxil olmuşdur. Hadisənin baş verməsinə səbəb onun işıqforun qırmızı işığında hərəkətinə davam etməyi olmuşdur. Həmin vaxt idarə etdiyi “VAZ 21074” minik markalı ** DN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilimi təxminən 60-70 km/ saat sürətlə hərəkət etmişdir. Zərərçəkmiş şəxslər ilə barışmışdır. Onlara dəymiş ziyanı ödəmişdir. Etidyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, məclisdən qayıdan zaman içkili olduğu üçün özünə məxsus “Toyota Prado” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün dostu X6 vermişdir. Hadisə baş verən zaman o, yoldaşı, qızı, anası və xalası avtomobildə olmuşdur. Özü, qızı və xalası hadisə nəticəsində xəsarət almışdır. İnzibati icraat aparılan şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Odur ki, iş üzrə qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22-30 radələrində “Toyota Prado” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy istiqamətinə hərəkətdə olan zaman Vaz 21074 markalı avtombilin onların maşınını vurduğunu görmüşdür. Hadis zamanı yüngül xəsarət almışdır. İnzibati icraat aparılan şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Odur ki, iş üzrə qanuna müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı, polis baş leytenantı Elçin Vəliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X14 Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1533 nömrəli rəyindən görünür ki, vət. X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — döş qəfəsinin və sağ bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1528 nömrəli rəyindən görünür ki, vət. X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, hematoması - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1529 nömrəli rəyindən məlum olmuşdur ki, vət. X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması - bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023cü il tarixli 2873/2023 nömrəli rəydən görünür ki, Şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan BC kateqoriyalı AC614620 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsləri ilə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-106/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-106/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver