Məhkəmə qərarları › İş №3(125)-1063/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1063/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1063/2024 18.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 və qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, .Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı protokol tərtib edərək X1 əmək hüquqlarının pozulduğunun təsbit edildiyini əsas gətirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə tətbiq etmişdir. Protokol əsassız tərtib edilmişdir. Belə ki, araşdırma aparılan zaman hadisə yerində araşdırılmamış, yalnız vətəndaşın qeyd etdiyi xüsusatlara əsaslandırılmışdır. X1 işinə davamlı olaraq gəlməməsi barədə Akt tərtib edilmiş və müvafiq sənədlərə əlavə edilmişdir. Bundan əlavə X2 ilə xx.xx.2023-cü ildə əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü ildə müqaviləyə xitam verilmiş və eyni tarixdə yeni əmək müqaviəsi bağlanmışdır. X2 nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə xx.xx.2024-cü tarixdə tətrtib olunmuş akta əsasən xx.xx.2024-cü il tarixində pozduğuna görə əmək müqaviləsinə mexaniki səhv olaraq Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən yox , Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X7 dəfələrlə ona çatacaq ödənilməmiş əmək haqqının və son haqq hesabın Mərkəzin mühasibatlığından götürülməsi barədə şifahi müraciət olunsa da, o ona çatacaq vəsaiti götürməyəcəyini və bizi şikayət edəyəcəyini deyərək hədələmişdir. Bundan əlavə "xxxx" MMC- də menecer vəzifəsində işləmiş X10 vəzifə öhdəliklərini lazımınca yerinə yetirməmiş və xidməti vəzifələrini yerinə yetirməyə cəhd edən zaman müəssisə daxili sənədləri bilərəkdən yararsız hala salmışdır. Menecer olaraq xidməti otağında saxanılan mühasibatlıq sənədlərini və digər sənədləri qeyri qanuni aparmış, vərəqlərini bilərəkdən yararsız hala salmışdır. X11 düşünülmüş qaydada Mərkəzin fəaliyyətinə maneə törətməyə çalışmış və Mərkəzin şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə Mərkəzdən müvafiq qurumlara şikayət ünvanlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024cü il tarixli ******* saylı protokol tərtib edərkən bitərəfli və qərəzli qərar qəbul etmiş, digər tərəfin fikirlərini öyrənməmiş və digər işçilərin izahatları alınmamışdır. Göründüyü kimi o, əmək qanunvericiliyinin heç bir tələbini pozmadığı və heç kimi qanunsuz işlətmədiyi halda və heç bir inzibati xəta törətmədiyi halda barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs X6 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X9 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X3 direktoru olduğu "xxxx" MMC-də X10 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən o, İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 manat cərimə edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsi”nin surətindən və “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işə götürən - "xxxx" MMCnin direktoru X6 ilə, işçi – X10 arasında işçinin həmin MMC-nin menecer peşəsinə qəbul edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsi”nin surətindən və “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işə götürən - "xxxx" MMCnin direktoru X6 ilə, işçi – X10 arasında işçinin həmin MMC-nin menecer peşəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 55 nömrəli “Əmr”in surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdən, aylıq əmək haqqı 330 manat müəyyən edilən “İctimai ərazi xidmətçisi” peşəsinə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-də qeydiyyat jurnalının görüntüsü ilə müəyyən olunur ki, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin mərkəzdə işləmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-977/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan əmək haqqı tabellərdindən çıxarışdan görünür ki, həmin müddət ərzində X7 ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X6 şikayətinin dəlilləri kimi, X5 iş götürülməsində köməklik etdiyini iki gün müddətin pulunun hesablandığını sadəcə həmin müddətdə elektron sistem işləmədiyi üçün əmək müqaviləsinin bildirişini daxil edə bilmədiyini, ikinci halda isə əmək müqaviləsinin yazılı fərmasının X10 tərəfindən qəsdən cırılmasını əsas gətirərək qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin dəlilləri ilə razılaşmır. Belə ki, şikayətçi, X5 iş götürülməsində köməklik etdiyini iki gün müddətin pulunun hesablandığını sadəcə həmin müddətdə elektron sistem işləmədiyi üçün əmək müqaviləsinin bildirişini daxil edə bilmədiyini, qeyd edsə də, işin hallarından görünür ki, əmək müqaviləsi bildiriş elektron qaydada daxil edilmədən X10 işə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən isə əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu səbəbdən məhkəmə, şikayətçinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. X12 Məcəlləsinin 21.1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin plenum qeyd edir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-977/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək 20,000 (iyirmi min) manat cərimə edilmişdir. X3 vəzifəli şəxs kimi əlavə olaraq sanksiyada nəzərdə tutulan yuxarı məbləğdə cərimə edilməsi ədalətsiz olardı. Ona görə də X3 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında müəyyən edilmiş inzibati cərimənin miqdarına münasbətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-cü maddəsinə əsasən məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.2.1-135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.3-135.1.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyət kəsb edən halların sübuta yetirilməməsi, inzibati məsuliyyəti müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin rəisi tərəfindən X6 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) min 5 (beş) yüz manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar