Məhkəmə qərarları › İş №3(125)-1065/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1065/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1065/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, 08 iyun 2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-380/2020 nömrəli, 26 fevral 2020-ci il tarixli icra sənədinə əsasən borclu X7 və X1 müştərək qaydada cəmi 4730 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əlavə əmlak və gəlirlər aşkar edilməmişdir. X3 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da X3 qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru protokolu müfadiə edib əlavə olaraq qeyd etmişdir ki, Şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4730 manat borcu yaranmış, hazırda borclu bir aydır ki, işləyir, hər ay borcundan 100 manat ödəniş etməyə razıdır, lakin zərərçəkmiş şəxs borcun tam şəkildə ödənilməsini tələb edir. Sonda icra məmuru qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Sonda o, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclsında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Püstəxanım ondan mal alıb başqasına satıb, aldığı malın isə pulunu ödəməmişdir. O, borcludan borcunu tam şəkildə ödənilməsini, əks təqdirdə Şəxs cəzalandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-380/20 saylı 31 may 2023-cü tarixli icra sənədi üzrə tələb əsasən Şəxs tərəfindən icra edilmir. - xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X7 və X1 müştərək qaydada 4700 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X9 həmin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-380/20 saylı xx.xx.2020-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2020-ci il tarixli inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-380/20 saylı xx.xx.2020-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - 13 avqust 2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-380/20 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, X4 qeydiyyatda olduğu ünvanda, həmçinin icra sənədində yaşayış ünvanı kimi qeyd olunan ünvanda yaşamadığı üçün onun barəsində Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru tərəfindn axtarış elan edilmişdir. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində veridiyi izahatdan görünür ki, o, əvvəllər işləmədiyi üçün borcundan ödəniş edə bilmədiyini, hazırda Bakı şəhərində Travel şirkətində işə düzəldiyini aylıq əmək haqqının 50 manat təşkil etdiyini və hər ay borcundanb hissə-hissə 100 manat ödəniş edəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki hallarından görünür ki, Şəxs müxtəlif bəhanələr gətirərək üzrsüz səbəbdən qətnamənin icrasından yayınmağa çalışır. O, bu günə kimi borcundan bir hissə ödəniş edərək icra sənədi üzrə tələbi icra etməyə çalışdığını göstərə bilərdi. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar