Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1067/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X7 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X10 bildirdi ki, İmranlı X6 Rayon Məhkəməsinin 2(040)-350/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs xx.xx.2020-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq tərəfimizdən borcluya təqdim edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbi tam şəkildə təmin edə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır, onun iştirakı ilə uşağın atası ilə görüşməyinə razıdır, lakin uşaq atası ilə tək görüşəndə atası və ata nənəsi uşağı ona qarşı öyrədirlər. O, uşağının atasının qohumları ilə görüşməsini istəmir, ona görə zərərçəkmişin sərbəst qaydada uşaqla görüşməsinin əleyhinədir. Sonda o, barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İİİ qrup əlil olduğunu, uşağın saxlanması üçün hər ay vaxtında aliment ödədiyini, lakin uşağın anasının onu uşağı ilə sərbəst görüşməyə imkan vermədiyini, hər dəfə 1-2 saat küçədə uşağı ilə görüşdüyünü bildirmişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-350/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs qızı Günəş Mayılova ilə sərbəst ünsiyyətdə olmaq qərara alınmışdır. - 23 may 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq) hüququ tanınmışdır. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X3 həmin tarixdə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-350/2022 nöməli, xx.xx.2022-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 25 iyul 2022-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - xx.xx.2022-ci il arixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs yaşayış ünvanı olan ünvan 1a tədbirləri nəticəsində Şəxs göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs yaşayış ünvanı olan ünvan 2 uyğun olaraq Zərərçəkmiş şəxs Məmməd oğlu övladı ilə görüşdürülmüşdür. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs yaşayış ünvanı olan ünvan 2 uyğun olaraq Zərərçəkmiş şəxs Məmməd oğlu övladı ilə görüşdürülmüşdür. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs məxsus 050 858 66 33 nömrəsi ilə əlaqə saxlanılmış, tələbkar Zərərçəkmiş şəxs hazırda uşağının yanında olub onunla ünsiyyətdə olduğunu bildirmiş, eyni zamanda icra sənədi və icra sənədinin icrasə ilə bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs məxsus 050 858 66 33 nömrəsi ilə əlaqə saxlanılmış, tələbkar Zərərçəkmiş şəxs 12.02.202-ci il təvəllüdlü qızı ayılova Günəş Vaqif qızı ilə sərbəst ünsiyyətdə olduğunu və hazırda onun yanında olduğunu, qızı ilə mütamadi görüşdə olduğunu, icra sənədi və icra sənədinin icrası ilə bağlı heç bir şikayət və tələbinin olmadığı qeyd etmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, hal şahidlərinin iştirakı ilə akt tərtib olunmuş, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs uşaqla ünsiyyəti üçün Gəncə şəhər üzrə İcra idarəsinə gəlməsi üçün rəsmi məlumat verilmiş, borclu Şəxs uşağı gətirmiş, aparılmış icra tədbirləri nəticəsində X1 övladı X8 ilə görüşü təmin olunmuşdur. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli X2 12 fevral 2020-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək görüş (sərbəst ünsiyyətdə olmaq hüququ) tanınmış, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs yaşayış ünvanı olan ünvan 2 uyğun olaraq Zərərçəkmiş şəxs Məmməd oğlu övladı ilə görüşdürülmüşdür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki hallarından görünür ki, Şəxs müxtəlif bəhanələr gətirərək üzrsüz səbəbdən qətnamənin icrasından yayınmağa çalışır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1067/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1067/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver