Məhkəmə qərarları › İş №3(125)-1068/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1068/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1068/2024 27.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X3 nümayəndəsi X1 iştirakı ilə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6 tərəfindən Azərbaycan Respublikası İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə şəhəri BPİ-nin X7 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsi X7 Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:55-də “Gəncə şəhər Birləşmiş Xəstaxanası” X6n mülkiyyətində olan Qaz Xüsusi Təy markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsdən İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq, avtonəqliyyat vasitəsinin sürücüsü barədə beş gün müddətində məlumat verilməsi tələb edilsə də, məlumat veriməmişdir. Bununla da “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X3 nümayəndəsi bildirmişdir ki, hüquqi şəxs tərəfindən hər il ilin əvvəlində DİN Baş X7 İdarəsinə hüquqi şəxsin balansında olan nəqliyyat vasitələrini idarə edən sürücülər barəsində rəsmi məlumat verilmişdir. Ümumiyyətlə hüquqi şəxsin balansında olan nəqliyyat vastəsi tərəfindən törədilmiş inzibati xətalar üzrə cərimələr ödənilmişdir. Avtonəqliyyat vasitəsinin sürücüsü barədə ona görə vaxtında məlumat verilməmişdir ki, sorğu hüquqi şəxsin ünvanına deyil, mərkəzləşdirilmiş tibbi yardım avtomaşınları qarajına göndərilmişdir. Sonda o, məktub hüquqi şəxsin rəsmi ünvanına çatmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə şəhəri Baş Polis İdarəsi X7 şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndəni dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə şəhəri Baş Polis İdarəsi X7 Şöbəsi tərəfindən “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X5 ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 07:52-də Qaz Xüsusi Təy markalı, ** AD *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Gəncə şəhəri Heydər Əliyev pr Musiqi kollecinin yanı Asan xidmət istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X2 inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6 barəsində tərtib edilsə də, avtonəqliyyat vasitəsinin sürücüsü barədə sorğu mərkəzləşdirilmiş tibbi yardım avtomaşınları qarajına göndərilmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin sorğudan faktiki olaraq məlumatı olmadığından, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X3 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X6 barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar