Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1069/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyən etdi: 11 may 2023-cü il tarixdə saat 12:30-da Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəailiyyəti aşkar edildiyindən hüquqi şəxs - Şəxs MMC-nin barəsində Azərbayan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X3 Şöbəsinin mütəxəssisi X2 tərəfindən İXM-nin 210.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Azərbayan Respublikası Səhiyyə Nazirliyinin və Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, onların işə baxılmasının təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. İXM-nin 64.3-cü maddəsində qeyd olunur ki, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə İXM-nin 64.3-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin çıxarışından görünür ki, Qurumun adı - Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət, qeydiyyata alındığı tarix - xx.xx.2021-ci il, dövlət qeydiyyatı nömrəsi (VÖEN) – ********** və təşkilati-hüquqi forması – Məhdud məsuliyyətli cəmiyyətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 10 may 2023-cü il tarixli, 558 nömrəli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. 10 may 2023-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qeydə alınmışdır. Qeydiyyat xx.xx.2023-cü il tarixdə aparılmışdır. Tərtib edilmiş yoxlama suallarından görünür ki, yoxlama Şəxs MMC lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 319 nömrəli aktdan görünür ki, 11 may 2023-cü il tarixdə saat 12:30-da Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı tibb müəssisəsinin lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Qeyd olunan faktlar tərəflərindən çəkilmiş fotoşəkillərdə və digər sənədlərdə öz təsdiqini tapır. X1 bildirmişdir ki, aparılan yoxlamalara etirazı yoxdur, qeyd olunan nöqsanlar qısa müddətdə aradan qaldırılacaqdır. İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək, belə qənaətə gəlir ki, Şəxs MMC-nin İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi, yəni lisenziya olmadan özəl tibb fəailiyyəti ilə məşğul olması tərtib edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli Akt, fotoşəkillər və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, Şəxs MMC İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə təqsirli bilindiyi İXM-nin 210.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (VÖEN **********, hüquqi şəxsin ünvanı - Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 264) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1069/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1069/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver