Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1069/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 nümayəndəsi X7 iştirakları ilə, «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin X17 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Gəncə şəhəri Baş Polis İdarəsi X17 Şöbəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünədək təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 nümayəndəsi X9 izahatında bildirdi ki, əvvəllər X2rajı inzibati orqan kimi özü ayrıca müstəqil qurum idi. Lakin 2022-ci il tarixdən «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X14 yaranmış və şöbələr onun tərkibinə daxil edilmişdir. Eyni zamanda X2rajı «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 bir şöbəsi olmuşdur. Lakin Gəncə şəhəri Baş Polis İdarəsi X5yda pozan sürücünün şəxsiyyəti barəsində məlumat verilməsi ilə bağlı məktub «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 hüquqi ünvanına deyil X2rajına göndərilmişdir. «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 hüquqi ünvanına bu barədə məktub gəlmədiyindən cavab vermək mümkün olmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri DYPŞ tərəfindən X1rajına sorğu məktubu ünvanlamış və həmin məktubda xx.xx.2023-cü il tarixdə saat 12:17-də «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 mülkiyyətində olan “VAZ 21213” minik markalı, 20AA110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsinin surətindən görünür ki, həmin xəbərnamədə sorğu “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 deyil X1rajınının rəhbərliyinə təqdim edilmişdir. İş materiallarında olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 yaradılması haqqında protokolun surətinindən, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 nizamnaməsinin surətindən və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 ştat cədvəlindən görünür ki, X1rajı “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 bölməsi kimi adı dəyişdirilərək Təcili və X4 bölməsi kimi daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim olunmalı və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Gəncə şəhəri BPİ-nin DYPŞ-nin sorğu məktubunun «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X15 deyil, X1rajına ünvanlanmasını əks etdirən sənəd əlavə edilmişdir. Belə ki, poçt xəbərnaməsində sorğunun X1rajının rəhbərliyi tərəfindən qəbul edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin DYPŞ tərəfindən «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X13 sorğunun göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: ELxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1069/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1069/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver