Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1072/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X3 Təhlükəsizik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00-da Gəncə şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi «VAZ 2107» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozduğuna görə yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, ondan sənədlərini təqdim edilməsi tələb edilən zaman ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş M.A.Hüseynov göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Gəncə şəhər Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti inspektoru Yunis Rzayev raportla məruzə edərək, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08:00-da «BMW» markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə ekipaj üzvü M.S.Abdıyevlə birlikdə xidməti vəzifəsini icra edərkən, sonradan adını bildiyi Şəxs Gəncə şəhəri Heydər Əliyev prospektində idarə etdiyi «VAZ 2107» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozduğu müəyyən edilmişdir. Bununla əlaqədar Şəxs idarə etdiyi avtomobil saxlanılmış və Şəxs sənədlərini təqdim etməsi tələb olunmuşdur. Bu zaman Şəxs ucadan nalayiq ifadələr işlətmiş və ictimai qaydaya əməl etmək barədə polisin qanuni tələblərinə tabe olmamışdır. Yunis Rzayev raportunda Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Bundan sonra xidməti məruzənin araşdırılması ona həvalə edilmiş və aparılmış araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi olduğu müəyyən olunmuşdur. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 02 iyun 2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, H.Əliyev prospektində idarə etdiyi «VAZ 2107» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydasını pozduğu üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və sənədləri istənilmişdir. Bu zaman o, əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlətmiş və səs-küy salmış, polis əməkdaşlarının ictimai qaydaya əməl etmək barədə tələblərinə məhəl qoymamışdır. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir və buna görə də bir daha inzibati xəta törədən hərəkətlərə yol verməyəcəkdir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, Gəncə şəhər Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə saat 08:00-da «BMW» markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə ekipaj üzvü Yunis Rzayevlə birlikdə xidməti vəzifəsini icra edərkən, sonradan adını bildiyi Şəxs Gəncə şəhəri Heydər Əliyev prospektində idarə etdiyi «VAZ 2107» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozduğu müəyyən edilmişdir. Bununla əlaqədar Şəxs idarə etdiyi avtomobil saxlanılmış və Şəxs sənədlərini təqdim etməsi tələb olunmuşdur. Bu zaman Şəxs ucadan nalayiq ifadələr işlətmiş və ictimai qaydaya əməl etmək barədə polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs səmimi peşmançılığını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs inzibati xətaya məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1072/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1072/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver