Məhkəmə qərarları › İş №3(125)-1074/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1074/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1074/2023 02.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-1108/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 180 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 02 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)- 1108/2023 nömrəli qərarı ilə təyin edilmiş 180 saat ictimai işlər növündə inzibati tənbeh tədbirinin icrasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək üzrsüz səbəbdən ictimai işlər yerinə çıxmamışdır. Məhkəmə iclasında Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahatında bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-1108/2022 nömrəli qərarı ilə Şəxs barəsində 180 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin inzibati tənbeh tədbirinin 136 saat hissəsi icra olunmuş, icra olunmamış hissəsi 44 saat qalmışdır. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək üzürsüz səbəbdən işləməkdən yayınmışdır. Bununla əlaqədar Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, cəzasının inzibati həbslə əvəz olunacağı barədə bildiriş verilmişdir Şəxs icra şöbəsinə dəvət edilmiş və xx.xx.2023-cü il tarixdə izahatında qrip xəstəliyinə yoluxduğunu bildirmişdir. Lakin o xəstə olduğunu sübuta yetirə biləcək heç bir sənəd təqdim etməmiş, buna səbəb olaraq isə həkim çağırmadığını və ev şəraitində müalicə aldığını göstərmişdir. Bu hal bir neçə dəfə yenidən təkrarlanmışdır və Şəxs yenə oxşar məzmunlu izahat vermişdir. Şəxs inzibati tənbehin çəkilməsindən boyun qaçırdığından barəsində inzibati protokol tərtib edərək tədbir görülməsi üçün Gəncə Şəhər Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, o, məhkəmənin qərarı ilə ona tətbiq edilmiş ictimai işləri yerinə yetirməkdən boyun qaçırmır. Belə ki, o, barəsində təyin olunmuş 180 saat ictimai işlər növündə inzibati tənbeh tədbirinin 136 saat hissəsini artıq icra etmiş, digər 44 saat hissəsini isə icra edəcəkdir. Lakin o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qrip xəstəliyinə yoluxduğuna görə evdə müalicə almış və buna görə də ictimai işlərin növündə inzibati tənbehin icrası yerinə gedə bilməmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işləməməyin səbəbi isə yenə səhhətində yaranan narahatlıqdır. Belə ki, onun sağ gözünün göz qapağında yaranan şişkinlik ilə bağlı gözü bağlanmış və hətta o, tibb müəssisəsində ambulator müalicə də almışdır. Bu səbəbdən də, o onun üçün ayrılmış ictimai işləri yerinə yetirməli olduğu yerə çıxmamışdır. Sonda o, əməlindən peşman olduğunu, bundan sonra ictimai işlər növündə inzibati tənbeh tədbirinin icrası üçün təyin olunmuş iş yerinə ardıcıl olaraq fasiləsiz gedəcəyini bildirdi və əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)- 1108/2022 nömrəli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respubliaksı İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 180 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməkvəzifəsi qoyulmuşdur. İşdə olan İş materiallarında olan Gəncə şəhər MKTİB-nin YŞ-nin 9 saylı sahəsinin rəisi Nurəhməd Əhmədovun məktubundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü səbəb olmadan ictimai işləri yetirməsi üçün cəlb olunduğu iş yerinə gəlməmişdir. İş materiallarında olan ictimai işlərin görüldüyü yerlərə baş çəkmə haqqında xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Şəxs ictimai işləri yetirməsi üçün cəlb olunduğu iş yerinə baxış keçirilmiş, onun işdə olmadığı müəyyən eidlmişdir. İşdə olan Şəxs xx.xx.2023-cü il tarixdə probasiya şöbəsində veridiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixədək qrip xəstəliyinə yoluxduğuna görə evdə müalicə almışdır və buna görə də, ictimai işlərə çıxmamışdır. O, həkimə müraciət etmədiyi üçün xəstəliyini təsdiq edən sənəd təqdim edə bilməyəcəyini və icra məmurunun telefon nömrəsini itirdiyi üçün zəng edə bilmədiyini bildirmişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə probasiya şöbəsində verdiyi izahatdan görünür ki, onun sağ gözünün göz qapağında yaranan şişkinlik ilə bağlı gözü bağlanmışdır, bu səbəbdən də, o onun üçün ayrılmış ictimai işləri yerinə yetirməli olduğu yerə çıxmamışdır. O, səhhətində yaranmış narahatçılıqla bağlı tibb müəssisəsinə müraciət etməmişdir. Lakin, aptekdən adını dəqiq xatırlamadığı dərman alaraq istifadə etmişdir. İşdə olan Gəncə şəhər MKTİB-nin YŞ-nin 9 saylı sahəsini rəisi A.A.Əzizov tərəfindən təqdim edilmiş ictimai işlərin yerinə yetirməli olduğu vaxtların cədvəlindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işləməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Şəxs məhkəmə qərarının tələbləri, ictimai işlərin icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi gəzdirməli olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsuila yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs məhkəmə qərarı ilə ona təyin edilmiş ictimai işləri yerinə yetirməkdən üzrsüz səbəbdən boyun qaçırması faktı öz təsdiqini tapmır. Belə ki, Şəxs onun barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-1108/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 180 saat ictimai işlər növündə inzibati tənbeh tədbirinin 120 saat hissəsini icra etmiş, digər 60 saat hissəsini isə icrasını davam etdirmək məqsədini bəyan etmişdir. Həmçinin Şəxs ictimai işlər növündə inzibati tənbeh tədbirinin icrası yerinə getməməsini səhhətində yaranmış problemlə əlaqələndirmiş, tibb müəssisəsində ambulator müayinə və müalicə olunduğunu bildirmişdir. Lakin həmin hal icra məmuru tərəfindən kifayət qədər yoxlanılmadan və tibb müəssisəsinə sorğu edilib, müvafiq məlumat alınmadan ictimai işlər növündə inzibati tənbeh tədbirinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və yalnız şübhələr əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində şübhələr əsasında inzibati tənbeh tədbirinin tətbiqi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar