Məhkəmə qərarları › İş №3(125)-1079/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1079/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1079/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsi polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X13 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri M.Y.Axundzadə 6-cı döngə ev 20-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsi daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş münaqişə zamanı X17, X11 və X1 dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X9 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü tarixdə X17, X11 və X4 döyməsi ilə bağlı təhqiqat orqanın qərarı olmuşdur. 08 yanvar 2024-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Şəxs İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib etmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə X17, X11 və X10 ilə aralarında mübahisə baş vermişdir. Hal-hazırda zərərçəkmiş şəxslər X17 , X11 və X7 ilə barışmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə mübahisə zamanı Şəxs ona xəsarət yetirmişdir. Hal-hazırda onunla barışmışdır. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan “cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə göndərilmiş, AR CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, X12 barəsində AR CM-nin 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. İş materiallarında olan X17 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan X6 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan X2 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixl 254 nömrəli ekspert rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarət –sol təpə-ənsə nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sağ əlin İV barmağının səthi yarası-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilə tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixl 253 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət –qarın nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilə tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixl 252 nömrəli ekspert rəyindən görünür ki, X13 bədəni üzərində müəyyən edilmiş xəsarət –sol təpə nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilə tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl zərərçəkmiş şəxslər X17 və X5 münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Şəxs tərəfindən zərərçəkmiş şəxslər X17 və X5 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməsi, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə, Şəxsnın məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində zərərçəkmiş şəxslər X17 və X5 münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmişdir ki, Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma -min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixl 254 nömrəli ekspert rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarət –sol təpə-ənsə nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması və şişkinliyi, sağ əlin İV barmağının səthi yarası-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilə tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs X8 dəymiş zərər sağlamlığa yüngül zərər vurmaya aid edildiyindən yəni ona münasibətdə Şəxs əməlində cinayət əlamətləri olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində zərərçəkmiş şəxslər X17 və X5 münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli, Şəxs əməlində zərərçəkmiş şəxs X8 münasibətdə cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxs X8 münasibətdə iş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar