Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1083/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, X3 Xidmətinin Gəncə regional şöbəsinin məsləhətçisi X1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair X3 Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı X3 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər X3 Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 20DR438 nömrəli Mercedes markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi mikroavtobusda Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saat 11:34 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında X3 Xidmətinin Gəncə regional şöbəsinin məsləhətçisi X2 çıxış edərək bildirdi ki, Şəxs özünün istifadəsində olduğu 20DR438 nömrəli Mercedes markalı avtomobili Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saxlamış, ondan fərqlənmə nişanını təqdim etmək tələb olunsa da, təqdim etməmişdir. Ona görə də, barəsində icraat aparılan şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 24 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 20DR438 nömrəli Mercedes markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi mikroavtobusda Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saat 11:34 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” 003215 nömrəli Aktdan görünür ki, 20DR438 nömrəli Mercedes markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi mikroavtobusda Gəncə şəhəri Şəmkir Avtovağzal kompleksində saat 11:34 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 552-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1083/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1083/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver