Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1085/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsi Şimal Ərazi Gömrük İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Gəncə şəhəri, Azbarıt ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) 2021-ci ildə Şiaml Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək 1 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 3605.29 ABŞ dolları məbləğində vəsaiti müvəkkil olunmuş bank hesabına köçürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxsə və Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məlumat verilsə də məhkəmə iclasında onların nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə barəsində icraat aarılan hüquqi şəxsin və Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “İxrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə” Bildirişdən görünür ki, Şəxs MMC göstərilmiş məbləğin müvəkkil bankın hesabına köçürülməsi öhdəliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, mallar Şəxs MMC tərəfindən həmin tarixdə ixrac edilmiş, xx.xx.2021-ci il tarixdə isə sərhəddən buraxılmışdır. İş materiallarında olan 15 noyabr 2018-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “ООО Бентнит Групп” şirkəti arasında bentonit gili məhsulunun alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Hüquqi vergi ödəyicisi haqqında” Məlumatdan görünür ki, Şəxs MMC-nin rəhbəri qismində X1 qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” Qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Azbarıt ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) 2021-ci ildə Şiaml Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək 1 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 3605.29 ABŞ dolları məbləğində vəsaiti müvəkkil olunmuş bank hesabına köçürməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta üzrə tənbehvermə müddətinin keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə inzibati xətanın törədilməsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə şəhəri, Azbarıt ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1085/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1085/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver