Məhkəmə qərarları › İş №3(125)-1088/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1088/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1088/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, X2 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməsinə dair xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ X3 əməkdaşları tərəfindən onun barəsində heç bir məlumatı olmadan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli inzibati xəta törətdiyinə görə haqqında qərar əsasında ona AR İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə cəmi 150 (əlli) manat məbləğində inzibati cərimə yazılmışdır. Lakin o, həmin qərarlar ilə razı deyil. Çünki, xx.xx.2022-ci il tarixdə ona məxsus olan “MERCEDES BENZ Bİ70 Minik” markalı, **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını həqiqətən texniki baxışdan keçirdib və rüsumlarını ödəmişdir. Onların texniki nöqsanları ucbatından texniki baxışı rəsmiləşdirməyiblər, sistem üzərindən texniki baxış keçməmiş kimi görünür. Bu səbəblərdən maşını texniki baxışsız qalıb. Onun xəbəri olmadan dörd ay ərzində cərimə gəlmişdir. Məhkəmə hesab edir ki, X4 tərəfindən inzibati xəta haqqında qərarlardan verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, X4 şikayət ərizəsində onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etsə də, qanunvericilikdə müxtəlif vaxtlarda ayrıayrı inzibati xəta haqqında işlər üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan bir şikayət ərizəsi verilməsi qaydası nəzərdə tutulmamışdır. Hər bir inzibati tənbeh vermə haqqında qərar həmin inzibati xəta haqqında icraatın nəticəsində qəbul edilir və qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilməklə həmin qərar mübahisələndirilə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, X4 tərəfindən inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, həmin qərarlar xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə qəbul edilmiş və həmin qərarlarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 20 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, X4 həmin qərarlardan verdiyi şikayəti xx.xx.2022-ci il tarixdə tərtib etmiş və şikayət xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına verilmişdir. Beləliklə də o, həmin qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X4 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, eləcə də hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verilmədiyindən, onun həmin şikayətinə baxılmasından imtina olunmalıdır. Bundan başqa, məhkəmə izah edir ki, X4 tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarda qeyd edilən inzibati xəta hadisələri Yevlax-Gəncə yolunun Yevlax rayonu ərazisində baş verdiyindən həmin qərarlardan şikayət ayrı-ayrılıqda aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə və xx.xx.2022ci il tarixli qərarda qeyd edilən inzibati xəta hadisəsi isə Bakı şəhəri Yasamal rayonu A.Salamzadə körpüsü, Yasamal RPİ-nin qarşısında baş verdiyindən həmin qərardan şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı mövqeyə əsasən səlahiyyətli orqanın inzibati xəta haqqında qərarlarından şikayətə bir qayda olaraq inzibati xətanın törədildiyi yerin məhkəməsində baxılmalıdır. Yalnız barəsində icraat aparımış şəxsin vəsatəti olduqda, həmin şikayətə onun yaşadığı yer üzrə baxıla bilər. Hazırkı halda isə Nuranə Həsənovanın bu barədə vəsatəti mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109.1.6, 126, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar