Məhkəmə qərarları › İş №3(125)-109/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-109/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-109/2025 08.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə, Nizami, X6, ev 13, mənzil 23 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə, Nizami, X7, ev 13, mənzil 23 ünvanında yaşayan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)- 369/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 750 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış 8,88 qram çəkidə olan 1 ədəd tros sep, 1000 manat dəyərində olan 585 əyyarlı 12 qram çəkidə olan bir ədəd qolbağı, 400 manat dəyərində olan 585 əyyarlı 4,7 qram çəkidə olan bir ədəd sırğa, 1919,96 manat dəyərində olan bir ədəd '‘Samsung Galaxy S21” markalı telefon, 200 manat dəyərində olan bir ədəd musiqi kombayn, dəyəri 120 manat olan kosmetika dəsti onlar olmadıqda isə onların dəyəri olan 4389,96 manat pul, bir cüt ayaqqabı, 2 ədəd kofta və bir dəst kostyum və dövlət rüsumunun əvəzi olaraq 63,89 manat alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu Şəxs qızma tələbin könüllü icra etməsi üçün bildiriş müvafiq tarixlərdə ünvanlanmış və təqdim edilmişdir. Eyni zamanda müxtəlif tarixlərdə xəbərdarlıqlar verilmiş, SMS bildirişlər göndərilmiş və sonuncu dəfə bu gün inzibati məsuliyyətə cəlb olunması barədə izahatı alınmış, eyni zamanda qanun tələbləri izah edilmişdir, lakin borclu izahatında məhkəmə qərarı üzrə borcu imkanı olmadığına təmin edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda, borclu Şəxs qızma məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Görülmüş məcburi icra tədbirlərinə baxmayaraq icra idarəsinə və aidiyyatı qurumlara borclu Şəxs barəsində çox sayda şikayətlər daxil olmuşdur.Görülmüş icra tədbirlərinə baxmayaraq Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu Şəxs borcundan heç bir ödəniş etməmişdir. Bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Lakin Şəxs məhkəmə qərarını icra etməkdən imtina etmişdir. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, tələbkar onun nişanlısı olmuşdur. Psixi problemləri olduğuna görə ayrıldıqdan sonra ondan tələblər irəli sürmüşdür. Lakin o qızılları vaxtında tələbkara geri vermişdir. Qərarla razı olmadığı üçün apellyasiya şikayəti versə də onun şikayəti təmin edilməmişdir. Məhkəmə qətnaməsinin icra etməli olduğunu bilir. Lakin maddi imkanı zəif olduğundan məhkəmə qətnaməsində göstərilən borcu ödəyə bilmir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmır. Qısa müddətdir ki, qəza keçirmişdir. Bu səbəbdən də heç yerdə işləmir və maddi vəziyyəti zəif olduğundan hazırda borcunu ödəyə bilmir. İşsiz kimi qeydiyyata düşmüşdür. İş axtarır. Odur ki, borclunun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış Gəncə Şəhər Məhkəməsinin 2(125)-369/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 750 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış 8,88 qram çəkidə olan 1 ədəd tros sep, 1000 manat dəyərində olan 585 əyyarlı 12 qram çəkidə olan bir ədəd qolbağı, 400 manat dəyərində olan 585 əyyarlı 4,7 qram çəkidə olan bir ədəd sırğa, 1919,96 manat dəyərində olan bir ədəd '‘Samsung Galaxy S21” markalı telefon, 200 manat dəyərində olan bir ədəd musiqi kombayn, dəyəri 120 manat olan kosmetika dəsti onlar olmadıqda isə onların dəyəri olan 4389,96 manat pul, bir cüt ayaqqabı, 2 ədəd kofta və bir dəst kostyum və dövlət rüsumunun əvəzi olaraq 63,89 manat alınaraq tələbkar X3 verilməsi qət edilmişdir İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-369/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Şəxsnun borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış icra sənədinin icrasına səhlənkar yanaşılmış, bugünədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcdan heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsində göstərilən əşyaların zərərçəkmiş şəxsə qaytarmasını deməsi və zərərçəkmiş şəxsin psixi xəstə olduğunu bildirməsi dolayısı ilə məhkəmə qətnaməsi ilə razılaşmadığını və olna görə də məhkəmə qətnaməsini icra etmədiyini göstərir. Bu hal məhkəmə qətnaməsinin qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq həmin qətnamə üzrə heç bir cuzi də olsa ödənişin olmaması ilə öz təsdiqinin tapır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati icraat aparılan şəxs Şəxs vəkil istəməsi ilə əlaqədar ona dövlət büdcəsi hesabına vəkil təyin edilmişdir. Şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 3 (üç) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla inzibati icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 18 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar