Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1090/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-700/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu X4 cəmi 12500 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X7 xeyrinə ödənilməli, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-1148/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X4 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 250 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu X8 tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu X10 bugünkü tarixədək yaranmış 6750 manat aliment borcunu və 10300 ABŞ dolları məbləğində pul tələbi borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu X10 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, borclu pul tələbinə dair icra sənədi üzrə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 100 ABŞ dolları ödəniş etmiş, həmin tarixdən sonrakı dövrdə heç bir ödəniş etməmişdir. Borclu aliment tələbinə dair icra sənədi üzrə isə bugünədək ümumiyyətlə ödəniş etməmişdir. Borclu bu hərəkətləri onu göstərir ki, o, icra sənədlərinin icrasına laqeyd yanaşır və qərəzli olaraq borcunun ödənilməsindən imtina edir. Bundan başqa, borclu onun çağırışlarına gəlmir, icra sənədinin icrasından boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X10 izahatında bildirdi ki, zərərçəkmiş şəxs X11 qarşısında olan pul öhdəliyinin bir qismini icra etsə də sonradan ödəniş edə bilməmişdir. Digər Zərərçəkmiş şəxs ilə 3-4 aydır ki ayrılmışlar, həmin vaxta qədər birlikdə yaşadıqlarından aliment borcunu ödəməmişdir. Bundan başqa, o, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Fuad Yaqubov yalan danışır. O, borclu ilə uzun müddətdir ki, yaşamır. Borclu ona olan aliment borcunu ödəməkdən qəsdən yayınır. O, icra sənədi üzrə olan aliment borcundan bugünədək heç bir ödəniş etməmişdir. Odur ki, onun barəsində qanunamüvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, 1(044)-700/2010 nömrəli icra sənədindən görünür ki, cavabdeh X10 ödəniş məzənnə üzərinə manatla 12,500 ABŞ dolları məbləğində pul alınaraq iddiaçı X9 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(044)-700/2010 nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu X8 tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 1(044)-1148/2020 nömrəli icra sənədindən görünür ki, 21 sentyabr 2020-ci ildən başlayaraq X4 xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat manat sabit pul məbləğində aliment alınaraq (tutularaq) Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(044)-1148/2020 nömrəli icra sənədini könüllü icra etməsi üçün borclu X8 tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X10 məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imaknı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış həm aliment, həm də pul borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 6750 manat aliment borcu, 10300 ABŞ dolları ödənilməmiş pul borcu qalmaqdadır. Bununla da, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədləri üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(125)-1090/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1090/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver