Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1093/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X6, Quliyeva Günay Ələstun qızının katibliyi X2 iştirakı ilə, X7 xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla bağlı müddətin ötməsi ilə əlaqədar inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, DİN Baş Dövlət Yol Polisinin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə o, inzibati xətalar məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, qazi olduğuğu üçün Azərbaycan Respublikası Prezidenti rərəfindən ona “KHAZAR” minik markalı avtomobil verilmiş, avtomobil ona verilərkən onun məlumatı olmamışdır ki, o, avtomobili hər il sığorta elətdirməlidir. Belə ki, onun barəsində 8 protokol, ümumilikdə 700 manat cərimə vardır. Sonda o, barəsində tərtib xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında elektron qərarla bağlı müddətin ötməsi ilə əlaqədar inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş vəsiqədən görünür ki, X9 İİ qup əlildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X1 ilə Ozan küçəsi kəsişməsində xx.xx.2021-ci il tarixdə saat 09:14-də hərəkətdə olarkən müəyyən edilmişdir ki, Khazar minik markalı 20ED606 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə şikayəti və iş materiallarındakı sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X5 xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 50 manat cərimə edilmiş və həmin qərar qanuni qüvvəsini aldığı vaxtdan 5 il müddət keçməmişdir. Buna görə də həmin qərar üzrə qanunvericilikdə nəzərdə tutulmuş icra müddəti keçmədiyindən onun icrasına xitam verilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-cü maddəsinə əsasən maddəsinə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə qanunvericilikdə nəzərdə tutulmuş icra müddətinin keçmədiyini nəzərə alaraq hesab edir ki, X2 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X9 barəsində xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1093/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1093/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver