Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1094/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 iştirakları ilə, Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək,150 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ-2121 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman heç bir qayda pozuntusu etmədiyi halda, Gəncə şəhəri, X9 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbini dəqiqləşdirmək üçün polis əməkdaşlarına yaxınlaşmış, ona Gəncə şəhəri X9 Şöbəsinin rəisinin göstərişi əsasında saxlandığı və avtomaşının cərimə meydançasına aparılacağı bildirilmişdir. Oradan avtomaşını cərimə meydançasına aparılmışdır. Orada onun avtomaşının arxa hissəsinin standartlara uyğun olmadığını bildirmişdir. O buna etiraz etmişdir. Lakin ona əhəmiyyət verməmişlər və onu Gəncə şəhəri X9 Şöbəsində Arif adlı şəxsin yanına aparmışlar.Orada Arif adlı vəzifəli şəxs ona cərimə yazılacağını söyləmişdir. O yeidən bunun qanusuz olduğunu, avtomaşında belə halın olmadığını bildirmişdir. Elə bu zaman həmin şəxs ona hücüm edərək onu döymək istəmişdir. O güc bəla ilə oradan çıxmışdır. Arif adlı şəxs bununla kifayətlənməyərək ardıca söyüş söyməkdən belə çəkinməmişdir. O bu qanunsuzluğa son qoyulması üçün DİN-in 102 və 902 xidmətinə müraciə etmişdir. Zənginə cavab verilmədikdən sonra , avtombilin verilməyəcəyini görüb çıxıb oradan getmişdir.Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X5 oğlu şikayəti müdafiə edərək izahatında bildirdi ki, onun maşını hələ də cərimə meydançasında saxlanılır. Maşının qaytarılmasını xahiş edir. Maşını müayinə olunarkən onun iştirakı təmin edilməmişdir. Odur ki X1 şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, şikayət tamamilə əsassızdır. X3 idarə etdiyi xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ-2121 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən saxlanılmışdır. Saxlanılan zaman maşının qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi və konstruksiyasında nasaz olan ünsürün olduğu müəyyən edilmişdir. Ona görə də maşını cərimə meydançasına aparılmışdır. Orda olan zaman maşın müayinədən keçirilmiş həqiqətən də maşında arxa yayların ststistik əmsalının keyfiyyətsiz olduğu müəyyən edilmişdir. Ona görə də şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan şəkillərdən görünür ki, VAZ-2121 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ban şüşələrində qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkilmişdir. İş materiallarında olan Gəncə “Avtomotservis və ticarət ” müəssisəsində (VÖEN- **********)-Mühəndis Məsləhətçi işləyən İxtisasca Mühəndis-Mexanik-Quliyev E.Q. oğlu tərəfindən hazırlanmış rəydən görünür ki, VAZ-2121 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşın zavod konstruksiyasına müdaxilə olunmamışdır. Amma arxa yaylar öz elastikliyini itirmişdir və gələcək istismarı məqsədə müvafiq deyil. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə görə nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə görə Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. X5 şikayətində və məhkəmə iclasında izahatında bildirmişdir ki, avtomaşını cərimə meydançasına aparılmışdır. Orada onun avtomaşının arxa hissəsinin standartlara uyğun olmadığını bildirmişdir. Sonradan müayinə onun iştirakı olmadan keçirilmişdir. Hal-hazırda maşını ona təhvil verilmir. Bu səbəbdən qeyd edilən inzibati xətaya görə o, məsuliyyətə daşımamalıdır. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və eskpert rəyindən görünür ki, X5 VAZ- 2121 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkilmiş və maşının arxa yayları öz elastikliyini itirmişdir və gələcək istismarı məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli olmasına dair qərar qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü və 342.5-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1094/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1094/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver