Məhkəmə qərarları › İş №3(125)-1096/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1096/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1096/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 02 dekabr 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 izahat verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixindən başlayaraq, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yeykinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment xx.xx.2011-ci il tarixdən hesablanmaqla alınaraq X3 verilməsi qət edilmişdir. İcra sənədləri müvafiq olaraq xx.xx.2011-ci il tarixində və xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən icra sənədləri üzrə tələb borclunun əmək haqqının 70%-nə yönəldilmişdir. Bugünki tarixə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 5926 manat, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə isə 770 manat, ümumilikdə 6696 manat aliment borcu qalmaqdadır. Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. O, işləyir və əmək haqqının 70 faizi tutularaq aliment borclarına ödənildiyini bildirərək bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, uşağın saxlanılmasında çətinlik çəkir, maddi imkanı yoxdur, qızı xəstədir və gözündən əməliyyat olunmalıdır. Buna görə də borclu Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin xx.xx.2011-ci il tarixdən hesablanmaqla alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-755/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri, Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-3478/2015 saylı, xx.xx.2015-ci il tarixli və 2(043)-4684/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqələrinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 24 saylı arayışdan görünür ki, Şəxs həqiqətən Gəncə şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir və aylıq əmək haqqı 260 manat təşkil edir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi xx.xx.2022 və xx.xx.2022-ci il tarixli izahatlarından görünür ki, o, Zərərçəkmiş şəxs 1542 manat, X3 isə 770 manat aliment borcunun qaldığını, hazırda borcunu tam şəkildə ödəmə imkanının olmadığını bildirərək əmək haqqının 70%-nin tutularaq aliment borcunun ödənilməsinə getdiyini qeyd etmişdir. Həmçinin borcunu ödəmədiyi təqdirdə icra məmuru tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət ona izah edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı İstehsalat Birliyində işlədiyindən tələb borclunun əmək haqqının 50%-nə yönəldilmiş, lakin ona hər ay borclunun əmək haqının cəmi 100 manat məbləinin gəldiyini qeyd edərək bu barədə araşdırılma aparılmasını, borcun əmək haqqından 50%-dən az tutulduğu təqdirdə tədbirlər görülməsini və ona ödənilməmiş məbləğlərin ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli M-567 saylı məktubdan görünür ki, borclu Şəxs əmək haqqından 70% aliment ödənişinə tutqu aparılaraq tələbkar X4 və digər tələbkar X1 bank hesabına ödənildiyindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-755/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-4684/2017 saylı xx.xx.2017-ci il tarixli və Ağcəbədi Rayon Məhkəməsinin 2(017)-458/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X15 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 02 dekabr 2022-ci il saat 17:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar