Məhkəmə qərarları › İş №3(125)-1098/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1098/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1098/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, məhkəmə iclas katibi Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19800502 saylı elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onu barəsində olan Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19800502 saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 ərizəni müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsinin xx.xx.2024-cü il tarixli İXP EQ 19800502 saylı inzibati qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmişdir. O, həmin inzibati xəta haqqında qərarın əsassız olduğunu bildirərək xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsinə əsasən nişanların tələblərinə riayət etməyərək guya ki, idarə etdiyi “MERCEDES” markalı, **-EL-*** nömrəli dövlət nişanlı avtomaşınla Gəncə şəhəri, Avtozavod qəsəbəsinin dairəsində qaydaları pozmuşdur. O, qeyd olunan qaydanı xx.xx.2024-cü il tarixdə pozduğunu etiraf etmiş, lakin həmin gün ona heç bir məlumat gəlməmiş, 5 gün keçdikdən sonra cərimə olunması barədə məlumat göndərilmişdir. Halbuki o, xx.xx.2024-ci il tarixdə həmin yoldan keçməmişdir. O, X4 xx.xx.2024-cü il tarixdə həmin maşının göstərilən ünvandan keçməsinə və yol hərəkəti qaydasının pozmasına dair görüntünün verilməsini tələb etmiş, lakin ona bu haqda heç bir görüntü təqdim edilməmişdir. Sonda şikayətçi elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər Baş Polis İdarəsinin X5 şöbəsindən məhkəməyə təqdim olunmuş kamera görüntülərdən bəlli olur ki, X2 qeyd olunan inzibati xətanı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Avtozavod qəsəbəsi istiqamətində törətmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun haqqında İXM-nin 327.1-ci maddəsi ilə EQ 19800502 saylı protokol tərtib edilmiş və xx.xx.2024cü il tarixdə qərar qəbul edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Sadalanan normalara və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xəta haqqında elektron qərar onun iştirakı olmadan real vaxt rejimində çıxarılmalı və bir gün müddətində onun elektron kabinetinə yerləşdirilməli olmasına baxmayaraq, həmin elektron protokol və qərar xətanın törədildiyi gündən 5 gün keçdikdən sonra çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19800502 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 53.0.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X5i İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 19800502 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar