Məhkəmə qərarları › İş №3(125)-11/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-11/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-11/2024 02.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Şəxs və müdafiəçisi Gəncə şəhər 01 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, bina 90, mənzil 71-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs məxsus Atatürk pr 249 bina 3A-nın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış obyektinin şüşəsini qıraraq qəsdən əmlakına ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs AR DİN 102 xidmətinə müraciət edərək ünvan 2 ünvanının zirzəmisində yerləşən ona məxsus obyektin şüşəsinin Ramin, Sərxan, Ceyhun və Türkan adlı şəxslər tərəfindən sındırılması barədə məlumat vermişdir. Həmin müraciət xx.xx.2023-ci il tarixində Gəncə şəhər 1-ci Polis Şöbəsində qeydə alınaraq Gəncə şəhəri 1-ci X8 Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Rəsul Əsgərovun icraatına daxil edilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs Gəncə şəhər 1-ci PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində saat 05 radələrində ona məxsus Gəncə şəhəri Atatürk prospekti 249, bina 3A-nın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin şüşə və avadanlıqlarının Şəxs daşla sındıraraq ona ümumilikdə 2800 manat maddi ziyan vurmasını bildirmişdir. Həmin ərizə araşdırılan materiala əlavə edilmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232-1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən obyektin atası Sərxana məxsus olmuşdur. Markete su almağa gedən zaman mağazanın qabağından keçəndə elektrik naqillərinin isqra verdiyini görmüş, atasına zəng etmişdir. Daha sonra atası telefonu açmadığından və o böyüklükdə binanı yanacağını gördüyündən daş ataraq şüşəni sındırmışdır. O həmin şüşənin təmirinə 650 manat civarında pul xərcləmişdir. Qiymətləndirməni rəyi tamamilə əsassızdır. Ekspertizanın rəyi ilə razıdır.Mənəvi təzminat olaraq məhkəmə iclas zalında pul ödəməyə hazırdı. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Gəncə şəhəri Atatürk prospekti 249 bina 3A-nın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekti ona məxsusdur. Həmin obyektlə bağlı X3 ilə aralarında dəfələrlə məhkəmə prosesləri olub, bu işlərin yekununda xx.xx.2023-cü il tarixində AR Ali Məhkəmənin qərarı ilə həmin obyektin mənə məxsus olmasının təsdiq olunduğunu və Sərxanın oradan çıxarılması, həmçinin İcra Probasiya İdarəsinə həmin obyekti mənə təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğunu, həmin qərarın xx.xx.2023-cü il tarixində Gəncə şəhər İcra Probasiya İdarəsinə yönləndirildiyini, xx.xx.2023-cü il tarixində isə Gəncə İcra Probasiya İdarəsinin əməkdaşları, ərazinin polis sahə rəisi, hal şahidlərinin iştirakı ilə həmin obyektin ona təhvil verdiyini bildirişdir. Həmin vaxtdan Sərxan yenə də həmin obyektə görə onu narahat etməyə başlamış, dəfələrlə əvvəllər polisə də müraciətlər etmişdir. xx.xx.2023-cü il tarixində saat 05 radələrində Sərxanın oğlu Məhəmməd kimi tanıdığı, lakin əsl adı Seylan olan şəxsin daşla həmin obyektin bütün pəncərələrini sındıraraq ona 2800 manat ziyan vurmuşdur. Ekspertizanın müəyyən elədiyi ziyan ilə razılaşmır. Məhkəmə zalında heç bir ödənişə razı deyil. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsin obyektinin şüşəsini sındıraraq ona 2800 manat dəyərində maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 1-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarıda olan "xxxx" MMC-nin 10 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, əmlakın real bazar dəyəri 2505 manat qiymətləndirilmişdir. İş materiallarında olan sahibkar X5 tərəfindən təqdim edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən dəymiş zərərin aradan qaldırılması üçün şüşə və usta pulu daxil 650 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/9849 nömrəli expert rəyindən görünür ki, Atatürk pr 249 bina 3A-nın 1-ci mərtəbəsində yerləşən q/y sahəsinin 5 hissədən ibarət, 10 luq, ümumilikdə təxminən 6 kv metr olan vitrinli qapı şüşəsinin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270,00 manat (6 kv metr x 45, 00 mana) qurlaşdırılma xərcinin təxminən 100 manat olması nəzərə alınmaqla ümumilikdə dəymiş ziyanın məbləği 370, 00 manat müəyyən edilmişdir. İş materiallarında olan şəkillərdən görünür ki, Atatürk pr 249 bina 3A-nın 1-ci mərtəbəsində yerləşən q/y sahəsinin 5 hissədən ibarət, 10 luq, ümumilikdə təxminən 6 kv metr olan vitrinli qapı şüşəsi sındırılmışdır. İş materiallarında olan şəkillərdən və videogörüntülərdən görünür ki, Atatürk pr 249 bina 3A-nın 1-ci mərtəbəsində yerləşən q/y sahəsinin 5 hissədən ibarət, 10 luq, ümumilikdə təxminən 6 kv metr olan vitrinli qapı şüşəsi inzibati icraat aparılan şəxs tərəfindən bərpa olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Lakin vurulmuş ziyanın məbləği ilə bağlı mütəxəssis rəyi ilə ekpertiza rəyi arasında ziddiyyət olunduğundan məhkəmə ekspertiza rəyini daha mötəbər sübut kimi qəbul edərək hesab edir ki, zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 370 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarından görünür ki, barəsində inzibati icraat parılan şəxs zərərçəkmiş şəxslə barışmamışdır, lakin ona dəymiş ziyanı aradan qaldırmışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən hallar kimi dəymiş ziyanın aradan qaldırılmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının hədləri daxilində yüngül tənbeh tətbiq edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. İnzibati xətalar məcəlləsinin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. 55.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.3. İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 55.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Beləliklə ekspertiza tədqiqatının dəyəri olan 50 manat xərc dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 370 (üç yüz yetmiş) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul dövlət büdcəsinə aid edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar