Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1102/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 02 dekabr 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən tərtib olunmuş 02 dekabr 2022-ci il tarixli MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə küçədə və polis şöbəsində səs-küy salmış, ucadan ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin TB-də araşdırılan təhqiqat materialı ilə əlaqədar olaraq izahatının alınması üçün polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxsin polis şöbəsinə gəlməzdən əvvəl küçədə və polis şöbəsində olan zaman ucadan ünvansız nalayiq ifadələr işlətdiyini aşkar etmişdir. O, həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsə də, sonuncu, öz əməllərinə davam etmiş və polis şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs hərəkətlərini davam etdirdiyini gördüyü üçün 1-ci X3 Hissəsinə təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, o xx.xx.2022-ci il tarixdə polis əməkdaşı tərəfindən izahat vermək üçün 1-ci Polis Şöbəsinə dəvət olunub. Polis şöbəsinə gəlməmişdən əvvəl çöldə və gəldikdən sonra nə üçün gəldiyini bilmədiyi üçün narazılığını bildirərək uca səslə ünvansız nalayiq ifadələrdən istifadə etmişdir. Bu zaman onları şöbəyə gətirən polis əməkdaşı onlardan bu hərəkətlərinə son qoymağı tələb etsə də, onlar yenə də polis şöbəsinin inzibati binasında hərəkətlərinə davam etmiş və polis əməkdaşı onları növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında göstərdi ki, o, 1-ci PŞ-nin CAB-ın kiçik inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Şəxs Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin TB-də araşdırılan təhqiqat materialı ilə əlaqədar olaraq izahatının alınması üçün polis şöbəsinə dəvət edilmişdir. Həmin şəxsin polis şöbəsinə gəlməzdən əvvəl küçədə və polis şöbəsində olan zaman ucadan ünvansız nalayiq ifadələr işlətdiyini aşkar etmişdir. O, həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsə də, sonuncu, öz əməllərinə davam etmiş və polis şöbəsinin inzibati binasında ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin şəxs hərəkətlərini davam etdirdiyindən 1-ci X3 Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 01 dekabr 2022-ci il tarixdə saat 23:30-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin izahatları ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, yol patrul xidməti əməkdaşlarının öz vəzifələrini icra etməsinə mane olmuş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Onun bu hərəkətləri şahidlərin şübhə doğurmayan və bir-biri ilə üst-üstə düşən izahatları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 01 dekabr 2022-ci il saat 23:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №3(125)-1102/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1102/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver