Məhkəmə qərarları › İş №3(125)-1102/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1102/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1102/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7” MMC-nin nümayəndəsi MMC-nin hüquq məsləhətçisi X4 iştirakı ilə, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: “X7” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DGK Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X8 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X7” MMC-nin ünvanına Türkiyə Respublikasından 31N9103/34BVC05 nömrə nişanlı nəqliyyat vasitəsilə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə gələn “Mikrodinamiks MEGA40V CNC dik işləmə mərkəzi və s.” Yükü xx.xx.2024-cü il tarixli **********8920 nömrəli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Gəncə Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “X7” MMC-nin ünvanına 31N9103/34BVC05 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada X12 təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan MMC tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X9 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı X10, hüquqi şəxs olan “X7” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Təhqiqatçının həmin inzibati xəta haqqında tərtib etdiyi protokoluna görə guya hüquqi şəxs “X7” MMC-nin ünvanına Türkiyə Respublikasından 31N9103/34BVC05 nömrə nişanlı nəqliyyat vasitəsilə gətirilən yükə dair elektron qaydada X12, malların ölkə ərazisinə daxil olmasından öncə gömrük sərhəd keçid məntəqəsinə təqdim olunmamışdır. Buna görə də, gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən mallar gömrük sərhəddini keçməzdən əvvəl gömrük orqanlarına elektron formada X12 ən azı 1 (bir) saat əvvəl verilməlidir. Hüquqi şəxs “X7” MMC tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinin tələbləri pozulmamışdır. İşin mahiyyəti ondan ibarətdir ki, gömrük qanunvericiliyinə və qaydalarına əsasən xarici dövlətlərdə Azərbaycan Respublikasına idxal olan yüklərin, malların şəffaflığının təmin olunması məqsədilə idarə, müəssisə və təşkilatlar xarici dövlətlərdən ünvanlarına gələcək yüklərin, malların sənədlərini qaydalara uyğun olaraq yük-mal gömrük sərhəd keçid məntəqəsinə daxil olmazdan əvvəl X12ni “A” formatlı ödəniş tapşırıqları ilə birlikdə elektron formada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə AZ1104, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ ünvana göndərməlidir ki, birlikdə öz növbəsində X12ni sistemdə aktivləşdirsin. Belə ki, izah olunan qaydalara əsasən hüquqi şəxs “X7” MMC-nin ünvanına xarici dövlətdən, daha dəqiq Türkiyə Respublikasından idxal olunan yükə dair X12ni özü birbaşa gömrük sərhəd keçid məntəqəsinə göndərə bilmə səlahiyyəti yoxdur. Göstərilən qaydalara əsasən hüquqi şəxs “X7” MMC ünvanına Türkiyə Respublikasından 31N9103/34BVC05 nömrə nişanlı nəqliyyat vasitəsilə gətiriləcək yükə dair **********2108 nömrəli X12ni, 2550PX********** nömrəli və 2550PX********** nömrəli “A” formatlı ödəniş tapşırıqları ilə birlikdə elektron qaydada, ünvanımıza gələcək malın ölkə ərazisinə daxil olmasından nəinki 1 (bir) saat əvvəl hətta 24 (iyirmi dört) saat əvvəl yəni xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin əməkdaşı broker vəzifəsində işləyən X2 elektron poçt ünvanına göndərilmişdir ki, X12ni elektron sistemdə aktivləşdirsin. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyi broker vəzifəsində işləyən əməkdaşı X1 X12ni vaxtında aktivləşdirmə əməliyyatını etmədiyi üçün yəni xidməti vəzifə borcunu vaxtında yerinə yetirmədiyinə görə “X7” MMC həmin ünvana göndərdiyi X12 elektron sistemdə aktivləşdirilməmişdir. Bu səbəbdən də Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı heç bir hüquqi əsas olmadan hüquqi şəxs “X7” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Maraqlı o haldır ki, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı X10 Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin tələblərini pozaraq real faktları nəzərə almadan, qanuni əsasları olmadan hansı hüqüqi əsaslarla hüquqi şəxs “X7” MMC-nin əməlində inzibati xəta olmadığı halda inzibati məsuliyyətə cəlb olunması üçün inzibati protokol tərtib etmişdir. Hesab edir ki, təhqiqatçı Nihat Həsənov Azərbaycan Respublikası İXM-nin 3.12.1. - 13 və 53.0.2 maddələrinin tələblərini pozmuşdur. X7” MMC göstərilən şəraitdə qanunla qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əmələ yol verməmişdir. Bu hal onunla təsdiq olunur ki, “X7” MMC-nin ünvanın Türkiyə Respublikasından gətirilən yükə dair **********2108 nömrəli X12ni, 2550PX********** nömrəli və 2550PX********** nömrəli “A” formatlı ödəniş tapşırıqları ilə birlikdə xx.xx.2024-cü il tarixdə yük gömrük sərhəd keçid məntəqəsinə daxil olmazdan 24 (iyirmi dörd) saat əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyi AZ1104, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ ünvana elektron qaydada göndərilmişdir. “X7” MMC ünvanına Türkiyə Respublikasından yük gətirən 31N9103/34BVC05 nömrə nişanlı nəqliyyat vasitəsi isə gömrük sərhəd keçid məntəqəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin broker əməkdaşlarının X12ni sistemdə vaxtında aktivləşdirməməsi, yəni vəzifə borclarını vaxtında yerinə yetirməmələri hüquqi şəxs “X7” MMC-nin əməlində inzibati xəta əməlinin tərkibini yaratmır. Belə ki, hadisə hüquqi şəxs “X7" MMC-nin iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Həmçinin hüquqi şəxs “X7” MMC öz əməlinin hüquqa zidd olan, təqsirli sayılan, inzibati məsuliyyətə səbəb olan əmələ yol verməmişdir və bunları arzu etməmişdir, yaxud belə nəticənin baş verməsinə şüurlu surətdə yol verməmişdir. Beləliklə də protokol tərtib edən təhqiqatçı gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Odur ki, hüquqi şəxs “X7” MMC-yə münasibətdə əməlində inzibati xəta olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokolu ləğv edilməklə icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli Rəsmiləşdirmə mərkəzinin inspektoru Hüseyn Hüseynovun raportundan görünür ki “X7” MMC-nin (VÖEN **********) ünvanına 1 avtomaşında daxil olan yük üçün xx.xx.2024-cü il tarixində **********8920 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin, sənədlərin ilkin yoxlanılması zamanı Rəsmiləşdirmə Mərkəzinin böyük inspektoru X5 tərəfindən məlum olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq “X7” MMC tərəfindən X12 tərtib edilməmişdir. - xx.xx.2024-cü il tarixli “cərimə tətbiq ediləcək mallara dair” Öhdəlik sənədindən görünür ki, “X7” MMC-nin nümayəndəsi X3 X12nin təqdim edilməməsinə görə tətbiq ediləcək cəriməni ödəməyi zavodun öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli **********8920 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “Mikrodinamiks MEGA40V CNC dik işləmə mərkəzi yükü rəsmiləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, hüquqi şəxs “X7” MMC-nin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilirki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli **********8920 saylı gömrük bəyannaməsi ilə “X7” MMC-nin ünvanın Türkiyə Respublikasından gətirilən yükə dair **********2108 nömrəli X12ni, 2550PX********** nömrəli və 2550PX********** nömrəli “A” formatlı ödəniş tapşırıqları ilə birlikdə xx.xx.2024cü il tarixdə yük gömrük sərhəd keçid məntəqəsinə daxil olmazdan nəyinki qanunda göstərildiyi kimi 1 saat əvvəl hətta 24 (iyirmi dörd) saat əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyi AZ1104, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ ünvana elektron qaydada göndərilmiş, “X7” MMC ünvanına Türkiyə Respublikasından yük gətirən 31N9103/34BVC05 nömrə nişanlı nəqliyyat vasitəsi isə gömrük sərhəd keçid məntəqəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin broker əməkdaşlarının X12ni sistemdə vaxtında aktivləşdirməməsi, yəni vəzifə borclarını vaxtında yerinə yetirməmələri hüquqi şəxs “X7” MMC-nin əməlində inzibati xəta əməlinin tərkibini yaratmır. Belə olan halda, barəsində icraat aparılan hüquqi şəxsin hərəkətində qərəz müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibinin əlaməti olan subyektiv cəhət əməldə mövcud deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdətutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2 və 114.1.4-cü maddəllərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar