Məhkəmə qərarları › İş №3(125)-1103/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1103/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1103/2024 15.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim оğlunun sədrliyi, X2 iclas katibliyi, Protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in 3-cü PŞ-nin sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə, xx.xx.1988-ci il tarixdə Daşkəsən rayonunun Çanaxçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri BPİ-in 3-cü PŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in 3-cü PŞ-nin sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 15 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2024-cü il tarixdə Yeni Gəncə qəsəbəsində polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in 3-cü PŞ-nin sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında icraata aparılan şəxs Şəxs qaynatası ilə məişət zəminində mübahisə etmişdir. Bundan hiddətlənərək, qaynatasından qisas almaq məqsədilə növbəti gün qaynatasının avtomobilinin üzərinə benzin tökərək yandırmışdır. Ona polis əməkdaşları yaxınlaşdıqda polisin qanuni tələbinə tabe olmamış, Polis Bölməsinə təmin edildikdən sonra da, qaynatasından daha ağır qisas alacağına dair onun ünvanına təhdidlər səsləndirmişdir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, qaynatası ilə mübahisəsinin səbəbi onun mənzil qeydiyyatı ilə bağlı olmuşdur. Qaynatası ona ailəsinin yanında nalayiq ifadə işlətdikdən sonra bu ona pis təsir etmiş, bir gün cavab verməmiş, əsəblərini cilovlamaq qərarına gəlmişdir. Növbəti gün evə gəldikdə hirsinin soyumadığını görmüş, acığını qaynatasının avtomobilindən çıxmışdır. Polis əməkdaşları ona yaxınlaşdıqda əsəbi vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 mart 2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 14 mart 2024-cü il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X4 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar