Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1104/2022 02.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlil, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 sentyabr 2022ci il tarixdə X3 300 manat verməsi müqabilində «Teymurov» adına xəstəxanada işə düzəltmək vədi verib aldadaraq, sonuncudan tamah məqsədi ilə 300 manat məbləğində pul vəsaitini ələ keçirmiş və zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş P.Q.Hüseynov göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir.31 avqust 2022-ci il tarixdə Samux rayonu, Karayeri qəsəbəsində yaşayan X4 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, təxminən 2 ay bundan əvvəl Elnur adlı şəxsin onu işə düzəltmək adı ilə 300 manat pul alaraq, vədinə əməl etmədiyini və ona qarşı dələduzluq etdiyini bildirmişdir. Aparılmış araşdırma zamanı X2 ərizəsində göstərdiyi həmin xüsusat öz təsdiqini tapmışdır. Daxil olmuş müraciət əsasında araşdırma aparılmış, araşdırma zamanı qeyd olunan naməlum şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Lakin Şəxs əməlində cinayət tərkibi olmadığına görə 22 oktyabr 2022-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və R.Ə.Abbasovun əməlində İXM-nin 227-ci maddəsi ilə araşdırma aparılması üçün materiallar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra o, araşdırma aparmış, araşdırma zamanı Şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə X3 300 manat verməsi müqabilində «Teymurov» adına xəstəxanada işə düzəltmək vədi verib aldadaraq, sonuncudan tamah məqsədi ilə 300 manat məbləğində pul vəsaitini ələ keçirdiyi və zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən olunmuşdur. Şəxs izahatı alınmış və Şəxs İXMnin 227-ci maddəsi ilə inzibati xətanın tərkibini yaradan əməlini etiraf etmişdir. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, əməlindən səmimi peşman olduğunu bildirdi və himayəsində 1 uşağının olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs E.Q.Namazova Şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 sentyabr 2022-ci il tarixdə X3 300 manat verməsi müqabilində «Teymurov» adına xəstəxanada işə düzəltmək vədi verib aldadaraq, ondan 300 manat məbləğində pul vəsaiti alıb ələ keçirdiyini və hal-hazıradək həmin pul vəsaitini geri qaytarmayaraq, onunla barışıq əldə etmək üçün cəhd göstərmədiyini bildirərək, Şəxs barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəya haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, himayəsində 1 uşağının olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətadan səmimi peşmançılığını, himayəsində 1 uşağının olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcəli əlil olmasını və əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə görə ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Belə olan halda hesab edirəm ki, Şəxs təyin ediləcək ictimai işlər növündə inzibati tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı və onun üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Gəncə şəhəri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-1104/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1104/2022
02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver