Məhkəmə qərarları › İş №3(125)-1107/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1107/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1107/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndələri X8, X11, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 28 iyul 2023-ci il tarixdə "xxxx" MMC-nin (X15) təmizlik işçisi vəzifəsində çalışan 1964-cü il təvəllüdlü X3 ütüdən istifadə edərkən sağ əlin cırılmış yarası və termiki yanığı xəsarəti alması ilə bağlı Gəncə şəhər 1-ci PŞ-nə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında toplanmış material Gəncə şəhər prokurorluğuna göndərilmiş, material üzrə araşdırma aparılması Gəncə şəhər prokurorunun köməkçisi Əfsanə Musayevaya həvalə edilmişdir. Material üzrə araşdırma zamanı X3, X5 texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş məsul işçiləri X9, Şəxs izahatları alınmış, X3 xəstəlik tarixçəsi tələb edilərək iş materiallarına əlavə edilmiş, material üzrə məhkəmə-tibb ekspertizası, təkrar məhkəmə-tibb ekspertizası və məhkəmətəhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (X15) təmizlik işçisi vəzifəsində çalışan 1964-cü il təvəllüdlü X10 28 iyul 2023-ci il tarixdə çalışdığı X6 silindirli ütüdə işləyən zaman silindirli ütüdə işlərin görülməsi üçün təhlükəsizlik tədbirləri təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.3.002-75* DST-nm 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.3- 91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin tələblərinin xəstəxanada texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs(lər) tərəfindən pozulması, eyni zamanda sonuncu silindirli ütüdə işləyən zaman camaşır ütüdə ilişdiyindən ütünün stop düyməsini basmadan, heç kimə məlumat vermədən, özbaşına olaraq əlini ütünün fırlanan hissələrinə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”-nın 11-ci bəndini və “X12”-nın camaşırxana bölümündəki kormlüks silindirli ütünün istifadə təlimat”-nın 3.7-ci bəndinin tələblərinin onun özü tərəfindən pozulması nətincəsində sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarəti almışdır. Belə ki, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, X6 şilindir ütü ilə işlərin görülməsi üçün təhlükəsizlik tədbirləri (işçilərin mühafizə və təhlükəsizliyini təmin edən vasitələr) təmin olunmamış, eyni zamanda kromlüks silindirli ütü avadanlığının konstruksiyasına daxil olan və daxil olmayan qoruyucu-mühafizəedici vasitələr tətbiq edilməmiş, işçilərin təsadüfən xəsarət almasını istisna edən tədbirlər görülməmişdir. Bundan başqa, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş əməyin təhlükəsizliyi üzrə mühəndis Şəxs öz izahatında da camaşırxana işçilərinə yalnız qoruyucu vasitə olaraq üz üçün maska və əlcək verildiyini, Amalya Ələsgərovanın həmin ləvazimatlardan çirkli paltarlarla təmasda olan zaman istifadə etdiyini, ütü ilə məşğul olarkən heç bir xüsusi ləvazimatlar, xüsusi geyim forması və fərdi mühafizə vasitələrinin istifadə edilmədiyini bildirmişdir. Toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı araşdırma zamanı mötəbər sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 198.3-cü maddəsi üzrə inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Buna görə də, toplanmış material üzrə "xxxx" MMC-nin (X15) texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş “əməyin təhlükəsizliyi üzrə mühəndis" - xx.xx.1974-cü il tarixdə Orenburq vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyada olan Şəxs (AA2876820, fin xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X13 inzibat icraat haqqında qərarı müdafiə edərək izahatında bildirdi ki, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, X6 şilindir ütü ilə işlərin görülməsi üçün təhlükəsizlik tədbirləri (işçilərin mühafizə və təhlükəsizliyini təmin edən vasitələr) təmin olunmamış, eyni zamanda kromlüks silindirli ütü avadanlığının konstruksiyasına daxil olan və daxil olmayan qoruyucu-mühafizəedici vasitələr tətbiq edilməmiş, işçilərin təsadüfən xəsarət almasını istisna edən tədbirlər görülməmişdir. Bundan başqa, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş əməyin təhlükəsizliyi üzrə mühəndis Şəxs öz izahatında da camaşırxana işçilərinə yalnız qoruyucu vasitə olaraq üz üçün maska və əlcək verildiyini, Amalya Ələsgərovanın həmin ləvazimatlardan çirkli paltarlarla təmasda olan zaman istifadə etdiyini, ütü ilə məşğul olarkən heç bir xüsusi ləvazimatlar, xüsusi geyim forması və fərdi mühafizə vasitələrinin istifadə edilmədiyini bildirmişdir. Eyni zamanda avadanlığın təhlükəli hissəsi çəpərlənməmişdir. Toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı araşdırma zamanı mötəbər sübutlarla tam təsdiq edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X16 inzibat icraat haqqında qərarı müdafiə edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə X2 Beynəlxalq Xəstəxanasında camaşırxanada camaşırçı vəzifəsində işə başlamışdır. İşə götürüldükdən sonra Amalya Əsgərova iş qaydaları ilə tanış olaraq təlimat kitabına imza çəkmişdir. İş saatı saat 08:00-dan 17:00- dək olmuşdur. 27 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Amalya Əsgərova gecə növbəsində çamaşırxanaçı vəzifəsində işləyən zaman xidməti otağında çamaşırları şilindir ütü ilə ütüləyən zaman çamaşır şilindir ütünün arasında ilişərək qaldığından şilindir ütüyə sağ əli ilə müdaxilə etmişdir. Həmin vaxt sağ əlinin bütün barmaqlarının uc hissələri şilindir ütünün arasına ilişmişdir. Hadisə zamanı o orada olmamışdır, hadisə barədə sonradan məlumatı olmuşdur. Amalya Ələsgərovanın sağ əlinin bütün barmaqları termiki yanıq xəsarəti almış və 3 barmağı qırılmışdır. Həmin vaxt təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilmiş və müvafiq müayinələrdən keçirilərək təcili əməliyyat otağına yerləşdirilmiş və sağ əli üzərində əməliyyat aparılmışdır. Əməliyyat uğurlu aparılmışdır. Amalya Ələsgərova 20 iyul 2023-cü il tarixdən 23 iyul 2023-il tarixə qədər X6 işlə tanış olmuş, lakin işlərin görülməsinə cəlb edilməmişdir. Amalya Ələsgərova işə başlamamışdan əvvəl işə qəbul olunan zaman texniki şöbəsinin rəhbəri olaraq onun tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. Bu barədə “Texniki təhlükəsizlik təlimatının qeydiyyat” jurnalına imza etmişdir. Vəzifə bölgüsü üzrə təlimatlandırmanı o işçi işə başlayarkən etmişdir. İşçi işə qəbul olan zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilib bu barədə “Texniki təhlükəsizlik təlimatının qeydiyyat" jurnalına imza edir. Daha sonra lazım olarsa növbədən kənar və ya 6 ayda bir dəfə təkrar tanış edilir. İşçilərin təhlükəsizlik və əməyin mühafizə qaydaları ilə tanış olmasına görə cavabdehlik əmrlə ona məxsudur. Camaşırxanaya yalnız qoruyucu vasitə olaraq saçları uzun olan işçilər üçün saçı yığmaq üçün örtük, üz üçün maska, əlcək verilir. Həmin əlcək çirkli paltarlarla təmasda olan zaman istifadə edir. Ütü ilə məşğul olarkən əlcək verilmir. Çünki əlcəyin ütüyə ilişmə ehtimalı yüksəkdir. Təlimatda da ütüdən istifadə zamanı əlcəkdən istifadə edilməsi nəzərdə tutulmamışdır. Ekspert ütüyə baxış keçirmədən rəy verdiyindən Amalya Əlsgərovanın əlinin ütüün hansı hissəsindən daxil etməsi barədə məlumatı olmamışdır. Amalya Əsgərova aparatda problem olduğu halda texnikə xəbər verməli olduğu halda özbaşına ütünü qaldıraraq əlini ütünün altından salmışdır. Həmin hissə çəprələnməli olan hissə deyil. Həmin yerin çəpərlənnməsi qeyri mümkündür. Hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanmış inzibati xətaq haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Whatsapp proqramı vasitəsi ilə görüntülü şəkildə əlavə şahid qismində dindirilmiş eskpert X14 ifadəsində bildirmişdir ki, baş vermiş hadisə zamanı ekspertiza nəticəsində həmin işçinin həm də əməyin mühafizəsi qaydalarına məsul şəxslər tərəfindən pozulduğu qeyd edilmişdir. Ekspertiza aparılan zaman işçinin ütünün hansı hissəsindən əlini salıdığını bilmədiyini yalnız verilmiş material üzrə ekpertiza apardığını bildirmişdir. İşçinin əlini ütünün üst hissəsindən saldığını düşündüyü üçün həmin hissənin çəpərlənməli olduğunu qeyd etmişdir. Eyni zamanda “X12”-nın camaşırxana bölümündəki kormlüks silindirli ütünün istifadə təlimat”-nın 3.7-ci bəndinin pozulması ilə bağlı hansı təmin olunması üçün fərdi mühafizə vasitələrinin nədən ibarət olması barədə o heçnə deyə bilməz. Onun xəstəxananın təlimatı ilə özləri müyyən etməlidirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə tibb-ekspertizasının 1363 nömrəli rəyi ilə vət. X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ elin ll-lll-İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayət olunan sağ əlin termiki və əzilmiş yaraları, İV-V barmaqların əsas falanqalarının açıq sınıqları - KÜT əşyanın və yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aid edilir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 3-16-16/2-10/188 saylı rəyi ilə ekspert qarşıya qoyulmuş suallara aşağıdakı məzmunda cavab vermişdir: Baş vermiş hadisə ilə əlaqədar «İstehsalat prosesləri» 12.3.002-75* DST-nm 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndini və «X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı»nın 3, 7-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin səbəbləri olmuşdur. X6 silindirli ütüdə işlərin görülməsi üçün təhlükəsizlik tədbirləri təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.3.002-75* DST- nm 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin tələbləri xəstəxanada texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs(lər) tərəfindən pozulmuşdur. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmış X1 ütüdə işləyən zaman camaşır ütüdə ilişdiyindən ütünün stop düyməsini basmadan, heç kimə məlumat vermədən, özbaşına olaraq əlini ütünün fırlanan hissələrinə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”- nın 11 -ci bəndini və “X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatr-nın 3, 7-ci bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-324/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Gəncə Daşkəsən Regional İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında X5 təmizlik işçisi Amalya Ələsgərovanın iş yerində az ağır xəsarət almasına səbəb kimi “Synergy Medical" MMC-nin Stasionar şöbəsinin məsul tibb bacısı X7 nəzarətsizliyi müəyyən edilmiş və fiziki şəxs olan Humay Abdullayevə İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 578-c-23 saylı materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Kromlüks silindirli ütünün fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. İnzibati araşdırma zamanı izahatı alınmış X4 izahatından görünür ki, o 24 iyul 2023-cü il tarixdən X6 əmək müqaviləsi əsasında çamaşırxanaçı vəzifəsində çalışır. O işə qəbul olunan zaman texniki şöbəsinin rəhbəri Ruslan müəllim tərəfindən eməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. Bu barədə "Texniki təhlükəsizlik təlimatının qeydiyyat" jurnalına imza etmişdir.O, işə qəbul olan zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. O işə yeni başladığından işçilərin ayda neçə dəfə və hansı vaxtlarda təhlükəsizlik qaydaları ilə tanış edilmələri ilə bağlı heç bir məlumatı yoxdur.O işə qəbul olunan zaman texniki şöbəsinin rəhbəri Ruslan müəllim tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. Ona görə də fikirləşir ki, bununla bağlı Ruslan müəllim cavabdehlik daşıyır. İşçilər bütün fərdi mühafizə vasitələri və xüsusi geyim ilə təmin edilirlər. Belə ki, hər bir işçi üçün forma, xüsusi şəp-şəp, maska və əlcək verilir. İşçilərin həmin vasitələrdən istifadə etməsi iş icraçısı Ruslan müəllim tərəfindən tələb edilir. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə o forma, xüsusi şəp-şəpdən istifadə etsə də, əlcək və maskadan istifadə etməmişdir. Belə ki, həmin ləvazimatlardan çirkli paltarlarla təmasda olan zaman istifadə edirlər. Hadisənin baş verməsinə səbəb onun ehtiyatsızlığı olmuşdur. Belə ki, o şilindir ütü işləyən zaman sağ əlini işlək vəziyyətdə şilindir ütüyə yaxınlaşdırmışdır və nəticədə sağ əlindən xəsarət almışdır. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X3 xəsarət almasına səbəb silindirli ütüdə işləyən zaman camaşır ütüdə ilişdiyindən ütünün stop düyməsini basmadan, heç kimə məlumat vermədən, özbaşına olaraq əlini ütünün fırlanan hissələrinə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”- nın 11 -ci bəndini və “X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatr-nın 3, 7-ci bəndlərinin tələblərinin pozulması olmuşdur. X25 əlavə şahid qismində dindirilərkən bildirmişdir ki, Ekspertiza aparılan zaman işçinin ütünün hansı hissəsindən əlini salıdığını bilmədiyini yalnız verilmiş material üzrə ekpertiza apardığını bildirmişdir. İşçinin əlini ütünün üst hissəsindən saldığını düşündüyü üçün həmin hissənin çəpərlənməli olduğunu qeyd etmişdir. Eyni zamanda “X12”-nın camaşırxana bölümündəki kormlüks silindirli ütünün istifadə təlimat”-nın 3.7-ci bəndinin pozulması ilə bağlı hansı təmin olunması üçün fərdi mühafizə vasitələrinin nədən ibarət olması barədə o heçnə deyə bilməz. Onun xəstəxananın təlimatı ilə özləri müyyən etməlidirlər. Göründüyü kimi ekspert ifadəsində hadisənin baş verdiyi ütünü əyani şəkildə görmədən rəy vermiş, X3 ütünün hansı hissəsindən xəsarət almasını müəyyən etməmişdir. Eyni zamanda İİ.«İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DST»-a /Dövlət standartı/ uyğun olaraq:

1. Ümumi qaydalar - bənd 1.2. «İstehsalat avadanlığının konstruksiyasının təhlükəsizliyi təmin edilməlidir: 5) konstruksiyasında nəzərdə tutulmuş qoruyucu /mühafizəedici/ vasitələrinin tətbiqi ilə... 8) konstruksiyasına daxil olmayan qoruyucu vasitələrin istifadəsinin mümkünlüyü ilə;...». bənd 2.1.5. İstehsalat avadanlığının xəsarət yetirmə təhlükə mənbəyi olan hərəkətli hissələri çəpərlənməli və ya elə yerləşdirilməlidir ki, işçinin ona toxunması imkanını istisna etsin və ya xəsarət almanın qarşısını alan digər vasitələr məsələn iki tərəfli idarəetmə və.s. istifadə olunmalıdır. Eskpert rəyində əməyin mühafizəsi qaydalarına əməl etməli olan şəxs tərəfindən iki pozuntunun baş vermiş olduğunu qeyd etmişdir. Onlardan birincisi bənd 2.1.5. İstehsalat avadanlığının xəsarət yetirmə təhlükə mənbəyi olan hərəkətli hissələri çəpərlənməli və ya elə yerləşdirilməlidir ki, işçinin ona toxunması imkanını istisna etsin və ya xəsarət almanın qarşısını alan digər vasitələr məsələn iki tərəfli idarəetmə və.s. istifadə olunmalı olduğu halda olunmması göstərilməmişdir. Həmin hissəyə uyğun olaraq məhkəmə qeyd edir ki, ekspert ütünü əyani olaraq tədqiq etmədiyindən hadisənin ütünün hansı hissəsində baş verməsini bilməmişdir. İİ.«İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DST»-a /Dövlət standartının 2.1.5-ci bəndindən görünür ki, çəpərlənməli və ya işçinin toxunması hallarını istisna etsin. X10 parçanın ütüyə ilişdiyini gördüyünə görə texnikə xəbər vermədən özbaşına adi vaxtı toxunulması mümkün olmayan hissəsinə yəni ütünü tərs çevirərək hərəkətli hissəsinə əlini salmağı olmuşdur. Göründüyü kimi ekspert rəyinin əsaslandığı birinci hissəsində əməyin mühafizəsi qaydalarına əməl edilməsinə məsul edilmiş şəxsin yəni Şəxs heç bir təqsiri olmamışdır. Ekpsert tərəfindən ikinci pozuntu olaraq isə «X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı»nın 3, 7-ci bəndlərinin tələblərinin pozulması göstərilmişdir. Həmin hissədə ekspert məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, fərdi mühafizə vasitələrinin konkret olaraq nədən ibarət olmasını o qeyd edə bilməz. Həmin hallar müəsissənin özü tərəfindən müəyyən edilir. İnzibati araşdırma zamanı izahatı alınmış X4 izahatından görünür o işə qəbul olunan zaman texniki şöbəsinin rəhbəri Ruslan müəllim tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmiş, bütün fərdi mühafizə vasitələri və xüsusi geyim ilə təmin edilmişdir. Göründüyü kimi Şəxs tərəfindən onun üzərinə düşmüş bütün vəzifələr icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi pozulmamış, düzgün olaraq icra edilmişdir. Hadisənin baş verməsinə səbəb X10 tərəfindən təlimatın və qaydaların tələbinin pozulması olmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar