Məhkəmə qərarları › İş №3(125)-1108/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1108/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1108/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Ü.Hacıbəyov ev 14, mənzil 38-də kirayədə qalan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü ildə Şəxs Gəncə şəhəri, BPİ-nin inzibati binasında xırda xuliqanlıq edərək ictimia qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü ildə Şəxs Gəncə şəhəri, BPİ-nin inzibati binasında xırda xuliqanlıq edərək ictimia qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra onların raportla müraciəti əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, üzləşdirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxsi görəndə əsəbiləmiş özünü idarə edə bilməmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Müharibə veteranıdır. Psixoloji problemləri var. Həmin anda özünü idarə edə bilməmişdir. Etdiyi hərəkətlərə görə çox peşmandır. X4 dediyi sözlərə görə üzr istəyir. Barəsində yüngül təbüh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin müstəntiqi Füzuli Şıxıyev oğlu izahatında bildirdi ki, xx.xx.2023-cü ildə Şəxs zərərçəkmiş şəxs qismində Gəncə şəhəri, BPİ-nin inzibati binasına dəvət olunmuş və şahid qismində ifadəsi alınmış X2 ilə üzləşdirmə istintaq hərəkəti aparılan zaman zərərçəkmiş Şəxs Camaləddin Əliyevi otaqda görən kimi, ona qarşı nalayiq ifadələr işlətməyə başladı. O onu nizam intizama dəvət etsə də o iş rejimini pozaraq onun qanuni tələbinə tabe olmayaraq yüksək səslə qışqıraraq nalayiq ifadələrini davam etdirdi. O ona yaxınlaşıb onu sakitləşdirmək istədikdə sərxoş vəziyyytədə olduğunu bilmişdir. O otaqdan çıxaraq Baş İdarənin koridorunda da səs-küy salaraq digər əməkdaşların da iş rejimini pozdu, qəsdən ətrafda olanları özünə cəlb etdirməyə başladı.Bundan əlavə hər dəfə 102 xidmətinə zəng edərək onların da iş rejimin mütəmadi olaraq pozmuşdur. İş materiallarında olan Gəncə şəhər BPİ-nin müstəntiqi Füzuli Şıxıyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü ildə Şəxs zərərçəkmiş şəxs qismində Gəncə şəhəri, BPİ-nin inzibati binasına dəvət olunmuş və şahid qismində ifadəsi alınmış X2 ilə üzləşdirmə istintaq hərəkəti aparılan zaman zərərçəkmiş Şəxs Camaləddin Əliyevi otaqda görən kimi, ona qarşı nalayiq ifadələr işlətməyə başladı. O onu nizam intizama dəvət etsə də o iş rejimini pozaraq onun qanuni tələbinə tabe olmayaraq yüksək səslə qışqıraraq nalayiq ifadələrini davam etdirdi. O ona yaxınlaşıb onu sakitləşdirmək istədikdə sərxoş vəziyyytədə olduğunu bilmişdir. O otaqdan çıxaraq Baş İdarənin koridorunda da səs-küy salaraq digər əməkdaşların da iş rejimini pozmuş, qəsdən ətrafda olanları özünə cəlb etdirməyə başlamışdır. Odur ki, Şəxs qəsdən sərxoş vəziyyətdə xidməti otağında onun və digər əməkdaşların səs-küy salaraq nalayiq ifadələr işlətməklə iş rejimlərini 20 dəqiqədən artıq müddətdə pozduğuna və vətəndaş Camaləddin Əliyevi nalayiq ifadələrlə təhqir etdiyinə görə Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahif ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs əməlindən etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar