Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1109/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1.000 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X8 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, bundan əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Gəncə Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(125)-346/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin qərarın ləğv olunmasına baxmayaraq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi eyni məsələ ilə bağlı, təkrar olaraq 26 may 2023-cü il tarixli MN № ******* saylı qərarı əsassız olaraq qəbul etmişdir. Əlavə olaraq bildirir ki, ailə üzvləri atası, anası, həyat yoldaşı və 2 nəfər azyaşlı uşaqları olmaqla 6 nəfərdən ibarətdir. Ailədə işləyən tək odur, fəhlə işləyir və 345 manat maaş alır. Odur ki, yuxarıda göstərilənləri və ailə vəziyyətimi nəzərə alaraq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 may 2023-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsinə dair qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X8 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, ağacın çıxarılması ilə bağlı ona heç kim göstəriş verməmiş, o sadəcə ağacın budanmalı yox, çıxarılmalı olduğunu düşündüyü üçün ağacı yerindən çıxardaraq başqa yerdə əkmişdir. Etdiyi əməldən peşmandır. Etdiyi hərəkətin qanunsuz olduğundan xəbəri olmamışdır. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, X8 tərəfindən verilmiş şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əvvəlki qərarının ləğv edilərək yenidən araşdırlmaya göndərilməsinə səbəb ekspertiza rəyinin verilib-verilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cavab məktubunun olmaması ilə bağlı olmuşdur. Həmin məktub da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən alınmışdır. Ona görə də şikayətin təmin edilmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilərək araşdırılmış -X1 izahtından görünür ki, etdiyi əməli etiraf edici izahat vermişdir. -Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş sturukturdaxili göndərilən məktubların qeydiyyat vərəqəsindən və cavab məktubunda görünür ki, Gəncə şəhəri, N.Nərimanov prospekti ilə Ərdəbil küçəsinin kəsişdiyi ərazidə ‘“‘Siqnal” İxtisaslaşmış Layihə-İstehsalat idarəsi tərəfindən yeni işıqfor qurğusu quraşdırılarkən işıqforun yerləşəcəyi ərazidə aparılan qazma işləri zamanı çıxarılaraq Gəncə şəhər X11 İdarəsinin inzibati ərazisinə köçürülən 1 ədəd sərv ağacının götürülməsinə dair X7 Agentliyi tərəfindən rəyin verilib-verilməməsi barədə” 2023-cü il 15 may tarixli, 99/136/d nömrəli müraciətinizə baxılmışdır. Məsələ ilə əlaqədar araşdırma aparılmış və sözügedən ünvandakı 1 ədəd sərv ağacının götürülməsinə (köçürülməsinə) dair ekoloji ekspertiza rəyinin verilmədiyi müəyyən edilmişdir. Bildiyiniz kimi X7 Agentliyi tərəfindən verilən bütün rəylərin surəti ETSN-nin aidiyyəti Regional Ekologiya və X6 göndərilir. Nəzərə almağınızı xahiş edirik. Azərbaycan Respublikası İXM-in 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. X8 şikayətində göstərmişdir ki, bundan əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Gəncə Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(125)-346/2023 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin qərarın ləğv olunmasına baxmayaraq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi eyni məsələ ilə bağlı, təkrar olaraq 26 may 2023-cü il tarixli MN № ******* saylı qərarı əsassız olaraq qəbul etmişdir. Əlavə olaraq bildirir ki, ailə üzvləri atası, anası, həyat yoldaşı və 2 nəfər azyaşlı uşaqları olmaqla 6 nəfərdən ibarətdir. Ailədə işləyən tək odur, fəhlə işləyir və 345 manat maaş alır. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(125)-346/2023 nömrəli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-224/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə əsas olan iş materillarında müvafiq icra hakimiyyəti orqanının rəyinin olub-olmaması olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə bu hal ilə bağlı müvafiq məktub alındıqdan sonra qəbul edilmişdir. Bundan başqa, Sakit Məmmədov şikayətdə göstərmişdir ki, ailəsi üzvləri atası, anası, həyat yoldaşı və 2 nəfər azyaşlı uşaqları olmaqla 6 nəfərdən ibarətdir. Ailədə işləyən tək odur, fəhlə işləyir və 345 manat maaş alır. Məhkəmə, şikayətin həmin dəlilini də əsassız hesab edir. Belə ki, inzibati icraat aparılan şəxsin ailə vəziyyəti yalnız məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər. Lakin İXM-nin 253-1.2.1-ci maddəsində fiziki şəxslər üçün konkret məbləğ 1.000 manat müəyyən edilmişdir. Məhkəmə inzibati icraat aparılan X4 izahatı və iş materiallarında olan digər sənədlərlə inzibati xəta haqqında əməlin məhz X8 tərəfindən, öz qərarı ilə törədilməsi sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 26 may 2023-cü il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1109/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1109/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver