Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1110/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ATU-də təlimçi işləyən, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 96-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən mərkəzi kitabxanın qarşısında **-EU-*** DQN-lı VAZ 21074 markal avtomobil arxası aşağı vizual görüşdə olduğu aşkarlanıb və yaxınlaşaraq sənədlərini qaydasında olmadığını soruşduqda sürücü Şəxs və X3 küy salmağa başlamışla, nizam intizama dəvət olunmalarına baxmayaraq tabe olmamışlar. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən mərkəzi kitabxanın qarşısında **-EU-*** DQN-lı VAZ 21074 markal avtomobil arxası aşağı vizual görüşdə olduğu aşkarlanıb və yaxınlaşaraq sənədlərini qaydasında olmadığını soruşduqda sürücü Şəxs və X3 küy salmağa başlamışla, nizam intizama dəvət olunmalarına baxmayaraq tabe olmamışlar. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, protokolda qeyd edilənlərin heç biri həqəqətə uyğun deyil. Maşın dayanmış vəziyyətdə olmuşdur. Maşının sürücüsu dostu olmuşdur. Yol patrul xidmət əməkdaşı onlara yaxınlaşaraq maşının arxa hissəsinin çox aşağı oldğunu bildirmişdir. Onlar isə elə olmadığını baxa biləcəyini bildirmişdir. Daha sonra həmin polis maşını uzaqlamış və başqa polis maşını gəlmişdir. Polis əməkdaşları onlara maşının duracağa getməli olduğunu, maşına bugun yoxs sabah baxış keçirəcəklərini bildirmişdir. Onlar isə yerində baxıb müayinə edilə biləcəyini bildirmişlər. Polis əməkdaşları bu zaman post patrulu çağırmışdır. Post patrul əməkdaşları gəldikdə onlar maşına minərək şöbəyə getmişlər. Onlar polisə heç bir tabesizlik göstərməmiş, polisin qanuni tələbinə əməl etmişlər. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPX 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı X5 izahatında bildirdi ki, yol patrul xidmət əməkdaşları onları köməyə çağırmışdır. Onlar hadisə yerinə gəldikdə Şəxs onlara tabe olmuş və onlarla bölməyə gəlmişdir. Onlara qarşı hər hansı bir müqavimət göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPX 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı X2 şahid X5 eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati qaydada həmin tarixdə tutulmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş (videogörüntü, və s.), şahid izahatlarında da bu fakt təsdiq edilməmiş və məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində Şəxs ictimai qaydanı pozmamış, hər hansı səs-küyə səbəb olmamışdır. Belə olan vəziyyətdə onun tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində Şəxs polisin qanuni tələbinə tabe olmuş, heç bir tabesizlik göstərməmişdir. Belə olan vəziyyətdə onun tərəfindən İXM-in 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən olunur. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1110/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1110/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver