Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1117/2025 14.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Goranboy rayonu, Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu Ağamalıoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin İTB-nin polis sahə rəisi X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər 4-cü Polis Bölməsinin inzibati binasında ucadan səs-küy salıb ictimai qaydanı və polis əməkdaşlarının iş rejimini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X10 izahatında göstərdi ki, şikayət əsasında Şəxs xx.xx.2025-ci il tarixdə Polis Bölməsinə dəvət edilmişdir. Ona bildirmişlər ki, o, dələduzluq əməli törətmiş, lakin o, dələduzluq etmədiyini bildirərək Gəncə Şəhər 4-cü Polis Bölməsinin inzibati binasında ucadan səs-küy salıb ictimai qaydanı və polis əməkdaşlarının iş rejimini pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X18 dəvət etmişlər. O, Bölməyə getmişdir. Polis əməkdaşları iki il bundan qabaq ona bir nəfər şəxsin 10000 manat pul verdiyini və həmin pulu geri qaytarmadığını bildirmişlər. O, polis əməkdaşlarına belə bir şeyin olmadığını bildirmişdir. Polis əməkdaşları ona bildirmişlər ki belə bir şeyin olduğunu boynuna götürsün. O, etiraz etmişdir. O, polis əməkdaşlarına qarşı hörmətsizlik etməmişdir. Onun iki az yaşlı övladı vardır. O, İİİ qrup əlildir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, elektron sistemdə niyə görə İİ qrup əlil olduğu göründüyünü deyə bilməz. O İİİ qrup əlildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər BPİ-nin 4-cü X6 qrupu üzrə xidmətdə olan zaman saat 20:00 radələrində vətəndaş X3 ölkə rəhbərliyinə etdiyi müraciət əsasında Şəxs polis bölməsinə çağırılmşdır. Vətəndaş Şəxs polis bölməsinə gəldikdə barəsində səsləndirilən iddiaları kobudcasına rədd edib heç bir günahının olmadığını səsləndirdi. Bu zaman o, nə üçün onun barəsində şikayətin olmasının səbəbini soruşduqda həmin şəxs yüksək səs tonu ilə danışaraq polis bölməsində digər əməkdaşların onların yanına gəlməsinə zəmin yaratmiş, digər polis əməkdaşları da həmin şəxsi nizam-intizama dəvət etsə də Şəxs öz hərəkətlərinə davam edərək heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Buna görə də həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün həmin şəxsi. Gəncə şəhər 4-cü Polis Bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X1 Ramiz Faiq oğlunun izahatını təsdiq edərək onunla eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2025ci il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2010cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs özünü təqsirli bilməsə də, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs yüksək səs tonu ilə danışmaqla polisin iş rejimini pozmuş, ona bu barədə qanuni irad bildirən polis əməkdaşlarının tələbinə məhəl qoymamışdır. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs 3-cü qrup əlil olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1117/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1117/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver