Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-112/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 157-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 10 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 10 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 05 yanvar 2023-cü il tarixdə Şəxs Gəncə şəhərində psixotrop maddədən istifadə edərək X5 döymüşdür. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X4 izahatında göstərdi ki, Şəxs 05 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində psixotrop maddədən istifadə edərək X5 döymüşdür. Bununla da o, İXM-in 157 və 206-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında psixotrop maddədən istifadə etdiyini etiraf edərək göstərdi ki, idarə etdiyi avtomobil ilə sərnişin daşıyaraq çörək pulu qazanır. Təxminən bir ay əvvəl Jalə İmanova onun avtomobilinə müştəri kimi minmişdir və ondan xöşu gəldiyi üçün xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Jaləyə zəng vurub onunla danışmışdır. Həmin vaxt Jalə İmanova evdə olduğunu bildirmiş, lakin o, Jalənin yalan danışdığını hiss etmiş və onun yaşadığı küçəyə getmişdir, onunla əlaqə saxladıqda Jalə bibisi gildə olduğunu demişdir. Buna görə də o, Jalənin yaşadığı küçədə evlərindən bir qədər aralıda avtomobilini saxlayıb, onu gözləmişdir. Təxminən saat 23 radələrində Jalənin gəldiyini görmüş, avtomobili onun qabağına sürmüş, sonra avtomobildən düşüb Jaləyə yaxınlaşmış, söhbət etmək, münasibətə aydınlıq gətirmək məqsədilə avtomobilə oturmasını demişdir. Jalə İmanova avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobili Gəncə hava limanı yolunun kənarına sürmüş sakitçilik bir yerdə avtomobili saxlamış, sükan arxasından düşüb arxa oturacaqda Jalənin yanında əyləşmiş, sonra Jalə İmanovaya “hardaydın niyə mənə yalan danışırsan" sözlərini demişdir. Jalə də cavabında anası ilə evdə mübahisə etdiyi üçün bibisi gilə getdiyini və ondan əvvəl evdə olduğunu demişdir. Sonra Jalənin telefonuna baxan zaman Jalənin başqa bir nəfərlə “WhatsApp” yazışmalarının içərisində əxlaqsız sözlər yazıldığını görmüş və əsəbləşərək əli ilə Jalə İmanovanın dodaq nahiyəsindən vurmuş və aralarında mübahisə olmuşdur. Sonra həmin yerdən qayıtmaq istəyəndə maşının mühərriki işə düşmədiyi üçün tanışı Allahverdini çağırmış və avtomobili işə salaraq Jalə İmanovanı gətirib yaşadığı küçədə evlərinin yanında düşürdərək, çıxıb getmişdir. X3 ilə aralarında mübahisə olan zaman əli ilə onun dodaq nahiyəsindən vurmuş, lakin bıçaqla onu hədələməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 məhkəməyə verdiyi izahatında göstərdi ki, 2022-ci ilin dekabr ayının 13-də Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş və Bolt taksi xidmətinə müraciət etmiş, həmin vaxt taksi xidmətindən sonradan adı ona məlum olan Nurlan adlı şəxs idarə etdiyi “Mercedes” markalı **-AE-*** dövlət nömrə nişanlı avtomobillə gəlmiş və onu yaşadığı ünvana aparmışdır. Bundan sonra ona rus nömrəsi olan “WhatsApp” nömrəsindən yığaraq onu yeni il münasibəti ilə təbrik etmişdir. O, dəfələrlə Nurlana onu narahat etməməyi bildirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəxs onu müştəri kimi bir neçə yerə aparmış, sonrada "Kolarit" restoranının yanında düşürdüb çıxıb getmişdir. Sonradan təxminən saat 19 radələrindən 22 radələrinə kimi Şəxs ona zəng vurmuş, o da onun zənglərinə cavab verməmişdir. Sonda saat 3 radələrində telefonu götürmüşdür. Şəxs ondan harada olduğunu soruşmuş, Şəxs bibisi gildə olduğunu demişdir. Nurlan onunla söhbət etmək istədiyini ona görə də yerini bildirməsini demişdir. Şəxs yerini deməmiş və söhbət etmək istəmədiyini bildirmiş, telefonu söndürmüşdür. Təxminən 10-15 dəqiqə sonra bibisigildən çıxıb piyada evə gələn zaman küçədə Nurlan idarə etdiyi avtomobili onun qabağına sürmüş, avtomobildən düşüb ona yaxınlaşmış və söhbət etmək istədiyini ona görə də avtomobilə oturmasını demişdir. Həmin vaxt Şəxs avtomobilinə oturmadıqda Şəxs onu bıçaqla hədələmiş, o da qorxduğu üçün avtomobilin arxa oturacağına əyləşmişdir. Nurlan avtomobili hava limanı yoluna sürmüş, avtomobili hava limanı yolunda sakit bir yerdə saxlamış, sükan arxasından düşüb arxa oturacaqda oturmuşdur. Oturduqdan sonra onunla söhbət edən zaman münasibətdə olmaq istədiyini bildirmişdir. Həmin vaxt Şəxs onlar arasında heç bir münasibətin olmayacağını dedikdə Şəxs əsəbləşərək onu təhqir etmiş və əli ilə onun ağzından vurmuşdur. Sonra həmin yerdən qayıtmaq istəyəndə maşının mühərriki işə düşmədiyi üçün tanışını çağırmış və həmin şəxs də oraya gəlmişdir. Sonra da avtomobil ilə onu yaşadığı küçəyə gətirmiş və küçədə düşürtmüşdür. İki gün sonra Şəxs yenidən onu narahat etdiyi və ondan pul istədiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə və 1-ci polis şöbəsinə şikayət ərizəsi yazmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs onunla mübahisə edən zaman, onu avtomobildə əli ilə ağzından vuran zaman Şəxs özündə olmamış, həmin vaxt o, narkotik vasitə təsiri altında olmuşdur. Şəxs həmin vaxt özündə olsaydı, narkotik vasitə təsiri altında olmasaydı, yəqin ki, onu döyməzdi və hədə qorxu gəlməzdi. Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X8 ifadə verərək bildirdi ki, onlar X2 DİN-in 102 zəng xidmətinə etdiyi şikayətlə bağlı Şəxs yerini müəyyən edərək onu Təhsil İdarəsinin qarşısından götürüb polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili X6 digər şahid X8 ilə eyni məzmunda ifadə verərək, onun ifadəsində olan xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə 10 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində əməlində CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğu və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sidiyində AMP aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 40 nömrəli rəydən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206 və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs 206 və 157ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 09 yanvar 2023-cü il tarixdən, saat 18:50-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 40 saylı rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 206-cı maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 09 yanvar 2023-cü il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-112/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-112/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver