Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-112/2025 09.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3392/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 130 (yüz otuz) manat sabit pul məbləğində alimnet alınaraq X2 ödənilməli və Gəncə şəhər Məhkəməsinin 2(125)-5730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə aliment məbləği artırılmış, hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq X2 ödəniməlidir. Hal-hazırda Şəxs ödənilməmiş 1220 (min iki yüz iyirmi) manat aliment borcu vardır. Məhkəmə iclasında icra məmuru X7 protokolu müdafiə edərək, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ifadəsində işləmədiyini və aliment borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. O, aliment borcunu yalnız mart ayında ödəyə biləcəyini qeyd etmişdir. Daha sonra o, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 mart ayında ödəniş edilməsi ilə bağlı Şəxs ilə razılaşdığını, lakin daha sonra bu razılaşmanı pozduğunu qeyd etmişdir. Razılaşmanı pozmasının səbəbi kimi Şəxs onu hər gün narahat etməsi və “pulum var lakin aliment ödəməyəcəm” deməsi olmuşdur. İş materiallarında olan: - 09 yanvar 2025-ci il tarixli MN №2087628 nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3392/2018 saylı xx.xx.2018-cü il tarixli icra sənədinə əsasən tələb Şəxs tərəfindən icra edilmir. - Gəncə Şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3392/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs 17 mart 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. - 28 avqust 2018-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə X1 xeyrinə hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 5 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki,icra sənədi üzrə X1 xeyrinə hər ay uşaq üçün 200 (iki yüz) manat məbləğində alimentin ödənilməsi tələbini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 06 dekabr 2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Şəxs 09 yanvar 2025-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, 2025-ci ilin mart ayından sonra hər ay 400 manat ödəyəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-112/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-112/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver