Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1124/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Gəncə Şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Gəncə Şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 barəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli TP ******* nömrəli elektron qərardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:17-də idarə etdiyi “VAZ 21074” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli elektron qərar qanun pozuntusu ilə tərtib olunmuşdur. Belə ki, onun ban şüşələrinə çəkdiyi örtük qanunla qadağan olunmuş örtük olmamışdır. Məhkəmə iclasında iştirak edən X3 Nail oğlu şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, onun maşınımda heç bir örtük çəkilməyib, yan şüşələrdə pərdə olduğu üçün qanunsuz cərimə yazılıb. Məhkəmədən şikayətin təmin edilməsini və barəsində qanunsuz olaraq tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin, Gəncə Şəhər DYPŞ-dən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin, Gəncə Şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X4 barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə tətbiq edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavənin 7ci bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulması və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi qadağandır. Həmin bəndin Qeyd hissəsinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən etmişdir ki, tənbehvermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən istifadə edilmiş örtüklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla çəkilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Gəncə Şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və onun barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1124/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1124/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver