Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1125/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X2, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli, EQ 14384665 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, EQ 14384665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət verən X4 ərizəsini onunla əsaslandırılmışdır ki, 08 may 2023-cü il tarixdə saat 10:51 radələrində özünə məxsus VAZ 21154 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkət edərkən işıqforun qırmızı işığında dayanmış və yaşıl işıq yandıqda hərəkətini davam etdirmişdir. Lakin ona məlum olmayan səbəbdən barəsində işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında ona EQ 14384665 saylı, 08 may 2023-cü il tarixli inzibati xəta haqqında elektron qərarla 60 manat cərimə təyin edilmişdir. O, bununla bağlı xx.xx.2023-cü ildə Gəncə şəhər DYPİ-nə dəvət edilmiş, orada polis mayoru Elşad müəllim inzibati xətanın törədildiyi anda çəkilmiş görüntüləri araşdırmış və müəyyən etmişdir ki, əslində “Opel” markalı avtomobilə yazılmalı olan inzibati protokol səhvən onun barəsində tərtib edilmişdir. Belə olan halda o, barəsində səhvən tərtib edilən inzibati qərara xitam vermələrini və ya cərimə məbləğini üzərindən silmələrini xahiş etmiş, lakin polis mayoru ona köməklik edə bilməyəciyini və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onun barəsində tərtib edilmiş inzibati qərar qanunsuz və əsassızdır. Çünki həmin qərarın verilməsinə əsas olmuş protokol inzibati xəta hadisəsi törədən “Opel” markalı avtomobilin sahibinə deyil, ona yazılmışdır. Bunu şikayət edilən orqanın vəzifəli şəxsi etiraf etmiş, eləcə də inzibati xətanın törədildiyi yerdən götürülmüş görüntülərlə də öz təsdiqini tapmışıdır. Belə olan halda o, hesab edir ki, əslində yol hərəkəti qaydalarını pozan avtomobil ona məxsus “VAZ 21154” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil deyil, “Opel” markalı avtomobil olduğundan əməlində inzibati məsuliyyətə səbəb ola biləcək heç bir hüquqa zidd hərəkət yoxdur. Sonda o, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14384665 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 14384665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X4 İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş foto şəkildə Elvin Məsimovun idarə etdiyi VAZ 21154 markalı, 21BX162 dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobillərlə birlikdə yolayrıcında işıqforda dayandığı, Opel markalı avtomobilin qoşa xətti tapdalayaraq sola döndüyü görünür. Məhkəmə şikayətçini dinləyib, şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X1 inzibati xəta törətməsini, yəni təhlükəsizlik kəməri taxmadan nəqliyyat vasitəsi idarə etməsini və onun normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Çünki şikayətçi X3 inzibati xəta törətməsi, yəni işıqforun qırmızı işığında hərəkət etməsini təsdiq edən sübutlar, video görüntü və s. məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən Gəncə şəhər DYPŞ-yə göndərilən sorğuya cavab olaraq inzibati xətaya aid video görüntülər və ya başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X3 işıqforun qadağanedici işarəsi verilərkən hərəkət etməsi müəyyən olunmamışdır. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X3 inzibati xəta törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X4 tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X3 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14384665nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14384665 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1125/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1125/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver