Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1126/2022 09.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY Y Ə N E T D İ: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Atatürk prospektinin kəsişməsində mobil telefon vasitəsi ilə ucadan səs-küy salmış və polis əməkdaşlarının nizam-intizama dəvət etməsinə məhəl qoymamış və polisin qanuni tələbini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 07 dekabr 2022-ci il tarixdə axşam saatlarında çayxanada olduğu vaxt atası ona zəng vuraraq, evə polislərin gəldiyini və onun dostları olduğunu dediklərini məlumat vermişdir. Onu aparmaq üçün gələn həmin polis əməkdaşları, yəni Altun və Hikmət ona onlarla birlikdə polis idarəsinə getməli olduğunu bildirdilər. O da atası ilə birlikdə öz avtomobilləri ilə 1-ci Polis Şöbəsinə getmişlər. Bundan sonra isə onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin protokol əsassız olduğundan barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin rəisi, polis kapitanı X1 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində CAB-nin əməkdaşları polis baş leytenantı Hüseynov Altun və polis baş leytenantı Ülvibəy Rəfiqli ilə Nizami prospekti ilə Atatürk prospektinin kəsişməsində xidmətdə olan zaman adı onlara sonradan məlum olan Şəxs ictimai yerdə telefonla yüksək səslə danışaraq ucadan nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı nümayişkaranə və kobud şəkildə pozaraq ətrafdakıların diqqətini öz üzərinə çəkdiyini görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə törətdiyi inzibati xəta haqqında məlumat vermiş və onu nizam-intizama dəvət edərək törətdiyi əmələ son qoymasını tələb etmişlər. Həmin şəxsə polis idarəsinə getməyi təklif etmişlər, o da özünün keçmiş polis işçisi olduğunu bildirərək onların qanuni tələbi əsasında onlarla birlikdə 1-ci Polis Şöbəsinə gəlmişlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X8 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 20:00 radələrində polis baş leytenantı Ülvibəy Rəfiqli və CAB-nin rəisi polis kapitanı Dövran Abuzərov ilə Nizami prospekti ilə Atatürk prospektinin kəsişməsində xidmətdə olan zaman adı onlara sonradan məlum olan Şəxs ictimai yerdə telefonla yüksək səslə danışaraq ucadan nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı nümayişkaranə və kobud şəkildə pozaraq ətrafdakıların diqqətini öz üzərinə çəkdiyini görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsə törətdiyi inzibati xəta haqqında məlumat vermiş və onu nizam-intizama dəvət edərək törətdiyi əmələ son qoymasını tələb etmişlər. Həmin şəxsə polis idarəsinə getməyi təklif etmişlər, o da özünün keçmiş polis işçisi olduğunu bildirərək onların qanuni tələbi əsasında onlarla birlikdə1-ci Polis Şöbəsinə gəlmişlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı X6 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminə 20:00 radələrində polis baş leytenantı Hüseynov Altun və CAB-nin rəisi polis kapitanı Dövran Abuzərov ilə Nizami prospekti ilə Atatürk prospektinin kəsişməsində xidmətdə olan zaman adı onlara sonradan məlum olan Şəxs ictimai yerdə telefonla yüksək səslə danışaraq ucadan nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı nümayişkaranə və kobud şəkildə pozaraq ətrafdakıların diqqətini öz üzərinə çəkdiyini görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə törətdiyi inzibati xəta haqqında məlumat vermişlər və onu nizam-intizama dəvət edərək törətdiyi əmələ son qoymasını tələb etmişlər. Həmin şəxsə polis idarəsinə getməyi təklif etmişlər, o da özünün keçmiş polis işçisi olduğunu bildirərək onların qanuni tələbi əsasında onlarla birlikdə 1-ci Polis Şöbəsinə gəlmişlər. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 22 radələrində Tural ona zəng vuraraq, çayxanada olduğunu dedi və o da domino oynamaq üçün çayxanaya getmişdir. O, Turalı da elə həmin vaxt çayxanada görmüşdür. Onlar çayxanada olan vaxt bir nəfər tanımadığı şəxs təxminən saat 23 radələrində çayxanaya gəlib Turalı çağırmış, onlar Turaldan onu çağıranın kim olduğunu soruşduqda dostu olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə təxminən axşam saat 21 radələrində çayxanada dostu ilə nərd oynayan vaxt Tural onlara yaxınlaşaraq domino oynamağı təklif etdi. Bundan sonra bir nəfər gəldi və Tural atası ilə öz maşınlarında getdilər. Həmin şəxs Turalı çağıranda onu tanımadığı üçün onların arxasınca o da çıxmışdır. Çölə çıxanda Tural həmin şəxslərlə söhbət edirdi və bundan sonra Tural öz maşını ilə tanımadığı şəxslər isə 2-3 maşınla onun arxasınca getdilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Atatürk prospektinin kəsişməsində mobil telefon vasitəsi ilə ucadan səs-küy salması tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməli və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs məhkəməyə verdiyi izahat inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə məqsədilə verilmiş ifadə kimi, o cümlədən onun tərəfindən məhkəməyə dəvət edilmiş hər iki şahidin verdiyi ifadə isə qonşuları olan Şəxs xeyirinə verilən ifadələr kimi qiymətləndirilir. Bununla da Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi digər şahidlərin ifadələri və iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İnzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulduğu 07 dekabr 2022-cil il tarixdən, saat 20:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli Şəxs inzibati qaydada tutulduğu 07 dekabr 2022-ci il saat 20:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1126/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1126/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver