Məhkəmə qərarları › İş №3(125)-1126/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1126/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1126/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X7, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Qəhrəman qızının iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, 28 may küçəsi, ev 101, mənzil 20-də qeydiyyatda olan və yaşayan Şəxs Qəhrəman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Qəhrəman qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-cü Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 09 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü ildə saat 14-59-da Namazova X6 şəhəri YAP-ın binasının qarşısında X5 vurub xəsarət yetirmişdir. Beləliklə də, Namazova X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, xx.xx.2023-cü ildə saat 14-59-da Namazova X6 şəhəri YAP-ın binasının qarşısında X5 vurub xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs Qəhrəman qızının əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Qəhrəman qızı özünü təqsirli bilməyərək izahatında bildirdi ki, zərərçəkmiş şəxs onun nəvəsidir. O heç vaxt nəvəsini vurmaq istəməz. Yol ilə xəstəxanadan gələn zaman keçmiş kürəkəni nəvəsi ilə birlikdə qarşılarına çıxıb onların videosunu çəkərək, yolların kəsmişdir. O isə onlara baş qoşmayaraq ordan uzaqlaşmışdır. Lakin bu zaman Tural Bağırova ona bıçaq göstərmişdir. Videogörüntüdə onların arxasınca qaçmaların səbəb Tural Bağırovun ona bıçaq çıxarması olmuşdur. O aşağı əyiləndə daş götürməmişdir. Sadəcə ayaqqabasını düzəltmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi onun barəsində hər yerdə böhtan xarakterli məlumatlar yayır. O müəllim işləmişdir. Rəssamlıq ittifaqının üzvü olmuşdur. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qauni nümayəndəsi X11 izahatında bildirdi ki, Şəxs oğlu, onun oğluna qarşı etdiyi əxlaqsız hərəkətlərə görə keçirilən məhkəmə prosesinə gəlməmişdir. Bu barədə onun müdafiəçisi məhkəməyə arayış təqdim etmişdir. Məhkəmə prosesindən sonra Gəncə Apellyasiya məhkəməsinin qarşısından keçəndə Şəxs oğlunun xəstə olmadığını anası ilə birlikdə küçədə getməsini görmüşdür. O telefonla onun çöldə olması, səhhətinin yaxşı olmasın sübut etmək üçün video çəkmək istədikdə Şəxs Qəhrəman qızı ona maneə olmuş, onu qovalamış və onlara daş atmışdır. Atılan daş nəticəsində oğlu xəsarət almışdır. Odur ki, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 aprel 2023-cü il tarixli, 340 saylı rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol kürək, sol aşıq-baldır və sol sağrı nahiyəsinin qançırları - bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, inzibati icraat aparılan Şəxs Qəhrəman qızının və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 13 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs Qəhrəman qızının əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə göndərilmişdir. İş materiallarında olan hadisəni özündə əks etdirən video diskdən görünür ki, X9 övladı Elnur Bağırzadənin əlindən tutaraq qaçır Şəxs Qəhrəman qızı da onların arxasınca qaçaraq onları izləyir və əl-qol hərəkətləri edir. Tural Bağırov övladı Elnur Bağırzadə ilə birlikdə Gəncə şəhəri YAP-ın qarşısından keçərkən Şəxs Qəhərman qızı onların üzərinə doğru gəlir, buna görə də Tural Bağırov övladı ilə birlikdə qaçırlar, Şəxs da onların arxasınca düşərək yerdə olan daş parçasını götürərək onlara tərəf atır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs Qəhrəman qızı özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxsin qanuni nümayəndəsini izahatı, videogörüntü, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs Qəhrəman qızı İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 32-cı maddəsinə əsasən İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Məhkəmə Şəxs Qəhrəman qızının ilk dəfə inzibati xəta törətməsini, hadisənin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin qanunsuz hərəkətləri nəticəsində baş verməsini, uzun müddət müəllim işləməsini İnzibati Xətalar Məcəlləsinin 32.2-ci bəndinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs Qəhrəman qızına inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Qəhrəman qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar