Məhkəmə qərarları › İş №3(125)-1129/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1129/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1129/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsi rəisinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə X5 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: X5 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsi rəisi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Mübahisələndirilən MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X3 geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 mübahisələndirdiyi qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Atin Quliyev tərəfindən hazırki şikayətə sözügedən qərarın surəti əlavə edilsə də, nə şikayətin məzmununda qərarın ona rəsmi qaydada hansı tarixdə təqdim edilməsi qeyd edilməmiş, nə də buna dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə xx.xx.2022-ci il tarixdə tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şikayətin məzmununda Atin Quliyev bildirir ki, icra məmuru Cahid Qasımov tərəfindən İcra İdarəsinə dəvət olunduğu üçün orada inzibati xəta haqqında protokol və qərardan məlumatlı olmuşdur. Lakin, onun məhz hansı tarixdə İcra İdarəsinə getməsi və qərarın surətini hansı tarixdə əldə etməsi qeyd edilməmişdir. Həqiqi vəziyyət belədirsə, məhkəmə Atin Quliyeva izah edir ki, o, əvvəlcə Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsinə (indiki 1-ci Polis Şöbəsi) müraciət etməklə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada əldə etməli və qərarın surətinin ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayətlə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Gəncə şəhər BPİ-nin Nizami Rayon Polis İdarəsi rəisinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar