Məhkəmə qərarları › İş №3(125)-1131/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1131/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1131/2022 09.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin qarşısında özünə məxsus mobil telefonla ucadan əsəbi halda danışaraq nalayiq sözlər işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 oğlu izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin qarşısında özünə məxsus mobil telefonla ucadan əsəbi halda danışaraq nalayiq sözlər işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Bundan sonra, Şota Çkadau sakitləşərək polislərin tələbinə tabe olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, ailəlidir və həyat yoldaşı hamilədir. Həyat yoldaşını həkimə aparmaq üçün bacısı oğlundan bir miqdar borc kimi pul istəmiş və bacısı oğlu da buna söz vermişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində bacısı oğlu ilə telefonda danışaraq, bacısı oğlu ona pulu tapa bilmədiyini dediyindən, o, telefonda bacısı oğluna əsəbi halda yüksək səslə söyüş söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq küçədə söyüş söyülməsinin qanunla qadağan edilməsini bildirib onu sakitləşdirmişlər. O da polis əməkdaşlarının tələbinə əməl edib bu barədə izahat vermək üçün polis şöbəsinə getmişdir. Törətdiyi əməldən peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində cərimə tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Fərmayıl İsayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin qarşısında sonradan adı məlum olan vətəndaş X5 özünə məxsus olan mobil telefon ilə ucadan əsəbi halda danışaraq heç bir səbəb olmadan ünvansız nalayiq sözlər işlətdiyi üçün özünü polis əməkdaşı kimi təqdim edərək, barəsində tədbir görülməsi üçün 2-ci Polis Şöbəsinə dəvət etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X5 xx.xx.2022-ci il tarixdə saat 13:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, X3 əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar isə məhkəmə iclasında müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimənin aşağı həddində tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilsin. X5 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar