Məhkəmə qərarları › İş №3(125)-1135/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1135/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1135/2022 12.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Şüvqi oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Y.H.Əliyev küçəsi bina 2, mənzil 17-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 12 dekabr 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ictimai yerdə vətəndaş Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmişdir. Beləliklə də, Şəxs Şüvqi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobili təqib etmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Buna görə də, Zərərçəkmiş şəxs ərizəsi əsasında Şəxs 2-ci Polis Şöbəsində dəvət edilmişdir. Polis Şöbəsinin inzibati binasında da Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Şüvqi oğlu özünü təqsirli bilməyərək izahatında göstərdi ki, zərər çəkmiş şəxs ilə bir müddət qeyrirəsmi birlikdə yaşamışlar. Sonradan aralarında münasibətlər pisləşdiyindən ayrılmışlar. Lakin, son dövrlər zərər çəkmiş özü onunla barışmaq istəmişdir. Münasibətləri yenidən bərpa etmək istədikdə zərər çəkmiş şəxs onu təhqir edib söydüyünə görə, o da zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında yol ilə gedərkən zərər çəkmiş şəxsin avtomobilinin qarşıda getdiyini görüb onun istifadəsində olan telefona zəng edərək nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o küçədə zərər çəkmiş şəxsə söyüş söyməmişdir. Polis Şöbəsinin inzibati binasında olarkən isə əvvəlcə zərər çəkmiş şəxs onu söydüyünə görə, o da öz növbəsində zərər çəkmiş şəxsi söymüşdür. Qərar qəbul edilərkən himayəsində xəstə anasının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qeyri-qanuni münasibətdə olduğu şəxsdir. Orxan son günlər mütəmadi olaraq onu narahat edir, harada görsə onu nalayiq ifadələrlə təhqir edir, qonşular arasında onu biabır edir. Orxanın əlindən rahat-rahat evdən çıxa bilmir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında avtomobili ilə evə gedərkən Orxan idarə etdiyi avtomobil ilə onu yenidən təqib etmiş, avtomobili üzərinə sürərək küçədə uca səslə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, 2-ci Polis Şöbəsində bu barədə ərizə yazmışdır. Qısa müddət sonra Şəxs Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olarkən də Orxan polis əməkdaşlarının gözü qarşısında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu hərəkətlərinə görə onu bağışlamır. Onun barəsində həbs növündə tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, tanışı Orxan adlı şəxsin təpik ilə ona məxsus “Hyundai Elantra” markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sol ön qapısına vuraraq 100 manat dəyərində ziyan vurmuşdur. Onun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Gəncə şəhər prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, yaxın münasibətdə olan Şəxs daş parçası ilə pəncərəsinə atıb sındıraraq əmlakına 20 manat dəyərində ziyan vurmuşdur. Onun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Şüvqi oğlunun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 02:30-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Şüvqi oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus avtomobili təqib edərək, ictimai yer sayılan küçədə onun ünvanına nalayiq ifadələrlə təhqir etməsi, daha sonra 2-ci Polis Şöbəsinin inzibati binasında da zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətməsi, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş özünün qismən etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olunmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5 (beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar