Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1137/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi Fərmayıl İsayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Xanlar rayonun Topalhəsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonun Topalhəsənli ƏD qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin polis sahə rəis müavini X1 Kəpəz Şahin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 12 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 12 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, 11 iyun 2023-cü il tarixdə Şəxs ictimai yerdə qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi Fərmayıl İsayev protokolun məzmununa uyğun çıxış edərək, protokolu DYPŞ-nın YPXnin əməkdaşının raportu əsasında tərtib etdiyini bildirmişdir.xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində Əliyev Tacir öz avtonəqliyyat vasitəsini idarə edərkən DYPŞ-nın YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və bu zaman aralarında mübahisə baş vermişdir. Barəsində icraat aparılan Şəxs həmin avtomobildə sərnişin qismində olmuşdur. O da öz növbəsində avtomobildən enərək polisə müqavimət göstərmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, bazara topdan satmaqla məşğuldur. X2 birlikdə avtomobildə hərəkətdə olarkən avtomobilin ön bamperi olmadığına görə saxlanmışdır. O isə sərnişin olmuşdur. Avtomobildən enmiş, yol polisi əməkdaşından avtomobilin nə üçün saxlandığını soruşmuşdur. Sonra da kənarda dayanmış mübahisənin bitməsini gözləmişdir. Əraziyə PPX avtomobili cəlb edilmiş, özü və iki yoldaşı avtomobilə əyləşərək polis idarəsinə getmişlər. Polisə qarşı hər hansı tabesizlik və xuliqanlıq etməmişdir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 12 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, barəsində icraata aparılan Şəxs yol polisi ilə sürücü arasında olan mübahisə zamanı kənardan onları izləyir. Sonradan əraziyə cəlb edilmiş PPX avtomobilinə əyləşərək uzaqlaşır. Beləliklə, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından və videogörüntüdən görünür ki, Şəxs heç bir şəkildə ictimai qaydanı pozmamış, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 12 iyun 2023-cü il tarixli MN ******* nsaylı inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1137/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1137/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver