Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1138/2022 12.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qeyd edilsə də, həmin protokola əlavədə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-93/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 45.210 manat pul vəsasiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx"ASC ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu "xxxx" MMC-nin adına elektron icra portalından və aidiyyatı orqanlara edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs bildiriş və xx.xx.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin, o borclu pulu olmadığını əsas gətirərək, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ünvan 1 ünvanı Gəncə şəhəri, Təbriz küçəsi 13/50 olan borclu "xxxx" MMC-nın rəhbəri xx.xx.1962cİ il təvəllüdlü borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa, Gəncə şəhəri üzrə İcra İdarəsinin müşayiət məktubunda da Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.2-ci maddəsi ilə tərtib edilmiş protokolun baxılması üçün Məhkəməyə göndərilməsi qeyd edilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, həmin protokola əlavədə onun İXM-in 528.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi göstərilmişdir. Belə olan vəziyyətdə inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X6
Məhkəmə qərarları › İş №3(125)-1138/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1138/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver