Məhkəmə qərarları › İş №3(125)-1141/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1141/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1141/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində 25 saylı binanın qarşısında X2 məxsus “Toyota Vitz” minik markalı **- XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ayağı ilə vuraraq 200 manat zərər vurmuşdur. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, bildirdi ki, protokolda göstərilən əməl həqiqətən də onun tərəfindən törədilmişdir. O, törətdiyi əməldən peşmandır və hazırda iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda Şəxs ona dəymiş ziyanı ödədiyi üçün onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində 25 saylı binanın qarşısında X2 məxsus “Toyota Vitz” minik markalı **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sol qapısına ayaq zərbəsi endirərək qapısını zədələyərək ona 200 manat zərər vurulmasına görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktı-rəyin surətindən görünür ki, X2 məxsus “Toyota Vitz” minik markalı **-XZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 200 (iki yüz) manat maddi zərər dəymişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X3 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs onun avtomobilinə vurduğu ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-50, 53, 105, 106, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar