Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1142/2024 22.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızınən sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şəxs (VÖEN: **********, ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 60) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3 və 199-cu maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3 və 199-cu maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - baş direktor X9 «İstehsalat prosesləri» 12.3.002-75* DST-nın 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndini və «X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı»nın 3, 7-ci bəndlərinin tələblərini pozması, təmizlik işlərini yerinə yetirən X4 iş yerində silindirli ütüdə işlərin görülməsi ilə əlaqədar sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsi, həmçinin vəzifəli şəxs tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi - əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis X11 «İstehsalat prosesləri» 12.3.002-75* DST-nın 1.1, 2.7.1 bəndlərini, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərini, ona həvalə olunmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsini pozmasına görə nəticəsində ehtiyatsızlıqdan həmin MMC-də təmizlik işçisi ikimi çalışan X1 az ağır zərər vurulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin198.3 və 199-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlar, X11, X4 izahatları, keçirilmiş məhkəmə-tibb ekspertizası və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları üzrə verilmiş rəylərlə öz təsdiqini tapmışdır. X16 izahatında bildirmişdir ki, Amalya Ələsgərova işə başlamamışdan əvvəl işə qəbul olunan zaman texniki şöbəsinin rəhbəri olaraq onun tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. Bu barədə “Texniki təhlükəsizlik təlimatının qeydiyyat” jurnalına imza edilmişdir. Vəzifə bölgüsü üzrə təlimatlandırmanı o, işçi işə başlayarkən etmişdir. 27 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində Amalya Əsgərova gecə növbəsində çamaşırxanaçı vəzifəsində işləyərkən xidməti otağında çamaşırları silindir ütü ilə ütüləyən zaman çamaşır silindir ütünün arasında ilişərək qaldığından silindir ütüyə sağ əli ilə müdaxilə etmiş, nəticədə sağ əlinin bütün barmaqları termiki yanıq xəsarəti almış və 3 barmağı qırılmışdır. Hadisə zamanı o, orada olmamış, hadisə barədə sonradan məlumatı olmuşdur. Amalya Ələsgərovaya ütü ilə məşğul olarkən heç bir xüsusi ləvazimat, xüsusi geyim forması və fərdi mühafizə vasitələri verilməmişdir. X10 izahatında bildirmişdir ki, 24 iyul 2023-cü il tarixdə X6 əmək müqaviləsi əsasında çamaşırxanaçı kimi işə götürülmüşdür. İşə götürüldükdən sonra o, iş qaydaları ilə tanış olaraq təlimat kitabına imza etmişdir. 27 iyul 2023-cü il tarixdə saat 23:30 radələrində o, gecə növbəsində çamaşırxanaçı vəzifəsində işləyərkən xidməti otağında çamaşırları silindir ütü ilə ütüləyən zaman çamaşır silindir ütünün arasında ilişərək qaldığından o, silindir ütüyə sağ əli ilə müdaxilə etmişdir. Nəticədə sağ əlinin bütün barmaqları termiki yanıq xəsarəti almış və 3 barmağı qırılmışdır. O, işə qəbul olunan zaman texniki şöbəsinin rəhbəri Ruslan müəllim tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmişdir. xx.xx.2023-cü il tarixdə o forma, xüsusi şəp-şəpdən istifadə etsə də, əlcək və maskadan istifadə etməmişdir. Belə ki, həmin ləvazimatlardan çirkli paltarlarla təmasda olan zaman istifadə edirlər.xx.xx.2023-cü il tarixli, 1363 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin ll-lll-İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayət olunan sağ əlin termiki və əzilmiş yaraları, İV-V barmaqların əsas falanqalarının açıq sınıqları - KÜT əşyanın və yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/188 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisədə «istehsalat prosesləri» 12.3.002-75* DST-nın 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndini və «X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı»nın 3, 7-ci bəndlərinin tələbləri pozulmuşdur. X6 silindirli ütüdə işlərin görülməsi üçün təhlükəsizlik tədbirləri təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.3.002-75* DST-nın 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin tələbləri xəstəxanada texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs(lər) tərəfindən pozulmuşdur. xx.xx.2023-cü il tarixli, 2C8ADF1000600 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X10 "xxxx" MMC-nin işəgötürən səlahiyyətini həyata keçirən baş direktoru X14 tərəfindən əmək müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdən təmizlik işçisi kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Əmək müqaviləsi məlumatları üzrə çıxarışdan görünür ki, X16 4RM5DCA000212 nömrəli əmək müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən Şəxs MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytının çıxarışından görünür ki, "xxxx" ********** saylı VÖEN-ə malik olmaqla təşilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir. xx.xx.2014-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi-baş direktoru X12r. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb 1964-cü il təvəllüdlü X4 ütüdən istifadə edərkən sağ əlin cırılmış yarası və termiki yanığı xəsarəti alması ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də toplanmış material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.3 və 199-cu maddələri ilə nəzərdə tutulmuş xətaların əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. X4 xəsarət alması ilə əlaqədar Gəncə şəhər BPİ- nin 1-ci PŞ-dən daxil olmuş məlumat əsasında 578-C-23 saylı material üzrə araşdırma nəticəsində xx.xx.2024cü il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 198.3 və 199-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Odur ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 198.3 və 199-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi və qərar və materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X13 izahat verərək bildirdi ki, Amalya Ələsgərovanın xəsarət alması ilə bağlı ekspertiza təyin olunmuş, daha sonra əməldə cinayət tərkibi olmadığından şəxs barəsində qərar qəbul edilərək DƏMX-nə göndərilmişdir. X21, nə də ki, hüquqi şəxsi tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməmiş, həmçinin işəgötürən tərəfindən əməyin mühafizə şəraiti təmin edilməmişdir. Odur ki, o, hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 “inzibati xəta haqqında iş üzrə icraata başlanılması” haqqında qərarla yazılaşmayaraq məhkəməyə “Kromlüks” markalı ütünün fotoşəkli əks olunmuş istifadə qaydaları haqqında təlimatı təqdim edərək 21 fevral 2024-cü il tarixli ekspertiza rəyində göstərilmiş “istehsalat avadanlığının xəsarət yetirmə təhlükə mənbəyi olan hərəkətli hissələri cəpərlənməli və ya elə yerləşdirilmələdir ki, işçinin ona toxunmasını imkanını istisna etsin və ya xəsarət almanın qarşısını alan digər vasitələr məsələn iki tərəfli idarəetmə və s. istifadə olunmalıdır” kimi rəy verilsə də, belə cəpərlənmənin həmin ütünün iş fəaliyyətinə uyğun olmadığını, cəpərləmənin ütüyə tətbiq olunmasının ütünün zavod təyinatına uyğun gəlməməsini və belə halda ütüdən istifadənin qeyri mümkün olmasını bildirmişdir. Daha sonra o, Amalya Ələsgərovanın Şəxs MMC-nin camaşırxanasında xidməti vəzifəsini yerinə yetirərkən, yəni silindir ütü ilə camaşırları ütüləyən zaman camaşır silindir ütünün arasında ilişərək qaldığından əli ilə ütüyə müdaxilə etməsini qeyd edərək baş vermiş bədbəxt hadisə ilə bağlı hüquqi şəxsin heç bir təqsirinin olmadığını qeyd etmiş və bu halın A. Ələsgərovanın ehtiyatsızlığı ucbatından olmasını şəxsin özünün də izahatlarında göstərdiyini vurğulamışdır. Bundan başqa o, bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə hüquqi şəxs tərəfindən lazımı olan bütün tədbirlər görülmüşdür. Belə ki, ilkin olaraq X5 camaşırxana bölümündəki KROMLÜKS silindirli ütünün istifadə təlimatı tərtib edilmiş və təhlükəsizlik tədbirləri nəzərə alınmışdır. Müvafiq vaxtlarda X5 tibbi və texniki personalının iştirakı ilə “Texniki təhlükəsizlik və Sanitarepidemioloji təhlükəsizliyi” norma və qaydalarının icrasının gözlənilməsinə dair mövzuda təlimlər keçirilmişdir. Şirkət tərəfindən texniki təhlükəsizlik üzrə məsul şəxsin təyin olunması, keyfiyyətin idarəedilməsi üzrə məsul şəxsin təyin edilməsi hüquqi şəxs tərəfindən görülən tədbirlərin nəticəsidir. Eyni zamanda işdə olan rəydə ekspertin əsaslandığı məsələ ilə əlaqədar avadanlığın istismarı haqqında sənəddə hər hansı bir qabaqlayıcı tədbirlər barədə qeydlərin olmadığını, Amalya Əsgərovanın bütün texniki göstəricilərlə və istismar qaydaları ilə tanış edilməsini, buna baxmayaraq özünun ehtiyatsızlıq nəticəsində həmin bədbəxt hadisə baş verməsini bildirərək Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 198.3 və 199-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X22 29 sentyabr 2024-cü il tarixli, 1363 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlərsağ əlin İİ-İİİ-İV-V barmaqlarda hərəkət məhdudluğu ilə müşayət olunan sağ əlin termiki və əzilmiş yaraları, İV-V barmaqların əsas falanqalarının açıq sınıqları- küt əşyanın və yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. A.Ş.Ələsgərovanın sağ əlində olan xəsarətlər müayinə olunanın dediyi şəraitdə əmələ gələ bilər. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/188 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisədə «istehsalat prosesləri» 12.3.002-75* DST-nın 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndini və «X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı»nın 3, 7-ci bəndlərinin tələbləri pozulmuşdur. X6 silindirli ütüdə işlərin görülməsi üçün təhlükəsizlik tədbirləri təmin olunmadığına görə, «İstehsalat prosesləri» 12.3.002-75* DST-nın 1.1, 2.7.1 bəndlərinin, «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nın 1.2, 2.1.5 bəndlərinin tələbləri xəstəxanada texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs(lər) tərəfindən pozulmuşdur. Əməyin mühahizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılmış X2 ütüdə işləyən zaman camaşır ütüdə ilişdiyindən ütünün stop düyməsini basmadan, heç kimə məlumat vermədən özbaşına olaraq əlini ütünün fırlanan hissələrinə toxunmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndini və “X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı” 3,7-ci bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Rəyin 4-5-ci səhifələrində ümumi qaydalar 2.1.5-ci bəndində göstərilmişdir ki, “istehsalat avadanlığının xəsarət yetirmə təhlükə mənbəyi olan hərəkətli hissələri cəpərlənməli və ya elə yerləşdirilmələdir ki, işçinin ona toxunmasını imkanını istisna etsin və ya xəsarət almanın qarşısını alan digər vasitələr məsələn iki tərəfli idarəetmə və s istifadə olunmalıdır. -01 iyul 2023-cü il tarixli camaşırxananın ümumi təhlükəsizlik təlimi jurnalının surətindən görünür ki, X10 təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmışdır. - X5 camaşırxana bölümündəki kromlüks silindirli ütünün istifadə təlimatı və “X5 Tibbi və texniki personalının iştirakı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində keçirilmiş “Texniki təhlüksizlik və Sanitar-epidemioloji təhlükəsizliyi” Norma və qaydalarının icrasının gözlənilməsinə dair mövzuda Təlimin protokollarından görünür ki, xəstəxananın işçi və texniki personalının ümumi davranış, texniki təhlükəsizlik qaydaları ilə tanış olması və qaydalara riayət edilməsi məqsədilə təlimlər keçirilmişdir. -xx.xx.2024-cü il tarixində toplanmış 578-c-23 saylı materialda cinayət tərkibi olmadığından “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhər prokurorluğu inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, yalnız iş üzrə keçirilmiş ekspertiza rəylərini əsas götürərək İXMin 198.3 və 199-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında sübutlar tədqiq edilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/188 nömrəli ekspertiza rəyi formal mülahizələrə əsaslanaraq yalnız “İstehsal avadanlıqlarının ümumi təhlükəsiz tələblərinin” müvafiq bəndlərinə istinad edilmişdir. Çünki təqdim edilmiş materiallardan ekspertin sözügedən ütüyə yerində baxışı və hər hansı eksperiment aparması müəyyən edilmir. Bundan başqa həmin ekspert rəyinin 4-5-ci səhifələrində ümumi qaydalar 2.1.5-ci bəndində göstərilmiş “istehsalat avadanlığının xəsarət yetirmə təhlükə mənbəyi olan hərəkətli hissələri cəpərlənməli və ya elə yerləşdirilmələdir ki, işçinin ona toxunmasını imkanını istisna etsin və ya xəsarət almanın qarşısını alan digər vasitələr məsələn iki tərəfli idarəetmə və s istifadə olunması qeyd edilsə də, hansı hissədən və hansı formada silindrik ütünün cəpərlənməsi göstərilməmişdir. Həmçinin iş üzrə inzibati araşdırmanı aparan orqan tərəfindən ekspert qarşısında qoyulmuş suallar ekspertin tədqiqat dairəsini və işin faktiki hallarının müəyyən edilməsi üçün kifayət etmir. Bele ki, ekspert qarşısında qoyulmuş suallar ümumi xarakter daşımış, iş üzrə təhlükə potensiallı avadanlığın fərdi xüsusiyyətləri nəzərə alınmaqla bu avadanlığa münasibətdə ekspert qarşısında suallar qoyulmamış, həmin avadanlığın texniki təhlükəsizlik qaydalarının pozulması ilə baş verən hadisə arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Halbuki göstərilən bu halların müəyyən edilməsi xüsusi biliklər və bacarıqlar tələb edir, bu fakta münasibətdə isə qeyd edilən sualların ekspert qarşısında qoyulması bilavasitə işin araşdırmasını aparan orqanın vəzifəsi idi. Qeyd olunmalıdır ki, məhkəməyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X8 tərəfindən təqdim edilmiş “KROMLÜKS” silindrli ütünün istifadə təlimatına və onun fotoşəklinə məhkəmə tərəfindən vizual baxış zamanı müəyyən olunmuşdur ki, həmin ütüyə hər hansı müdaxilə olması ütünün iş funksiyasına xələl gətirməsini istisna etmir. (ütünün fotoşəkli və təlimat qaydaları iş materiallarına əlavə edilir) Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/188 nömrəli ekspertiza rəyinə nəzər keçirərək həmin ekspertiza rəyində göstərilən nəticə tədqiqatın aparılması prosesinə uyğun deyil. Çünki, ekspertizanın aparılmasında istifadə olunan tədqiqat metodları və üsulları rəy verilməsi üçün yekun nəticəyə gəlməyə kifayət etmir və tədqiqatın aparılması prosesi ilə gəlinən nəticə arasında uyğunsuzluq aşkar edilir. Bundan başqa inzibati iş üzrə zərərçəkmiş şəxs A.Ələsgərova inzibati araşdırıma zamanı izahatında qeyd etmişdir ki, işə başlamazdan əvvəl müəssisənin texniki şöbəsinin rəhbəri Ruslan Əsgərov tərəfində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edilmiş və bunu öz imzası ilə təsdiq etmişdir. O, hadisənin baş verməsinin səbəbini yalnız öz ehtiyyatsızlığında görmüş, müəssisə tərəfindən bütün işçilərin fərdi mühafizə vasitələri və xüsusi geyim ilə təmin edildiyini, hadisə baş verən günü isə əlcəkdən və maskadan istifadə etmədiyini bildirmişdir. Eyni zamanda xüsusi geyim və fərdi mühafizə vasitələrindən yalnız çirkli paltarlarla təmasda olan zaman istifadə edilməsini qeyd etmişdir. Sözügedən ekspert rəyində silindr formali ütü ilə işləyən zaman hansı növ vasitələrdən istifadə olunması göstərilməmiş sadəcə ümumi sözlərlə texniki təhlükəsizlik və əməyin sağlam və təhlükəsiz əməyin mühafizə şəraitinin pozulması nəticəsinə gəlinmişdir. Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 198.3 əsasən İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərəçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə, İXM-nin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsinə və ya kollektiv müavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində İXM-nin 198.3 və 199-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında qeyd edilən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən personalın lazımı tədbirlərin, təlimlərin keçməsi və qanunvericiliyin tələblərinə uyğun şəkildə onların fəaliyyətə cəlb edilməsi üçün bütün lazımı addımlar atılmış, bununla hüquqi şəxsin heç bir təqsirli olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 198.3 və 199-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3 və 199-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1142/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1142/2024
22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver