Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1143/2024 29.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X1 iştirakı ilə, 31 avqust 1990-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Gəncə şəhər X4 Şöbəsi Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib olunmuş 13 mart 2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, 13 mart 2024-cü il tarixdə saat 16:23-də “Nazlifan ” minik markalı 22 BJ 57 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.3-cü -müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, 332.1-ci-Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 332.2-ci-Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə,339.1-1-ci Nəqliyyat vasitəsini, 342.2.4-cü-Nəqliyyat vasitəsinin ban şüşüələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə, 342.7-ci- Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması, 342.9-cu-Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsi halına (hallarına) yol verilmişdir. Buna görə də Gəncə şəhər X4 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3cü, 332.1-ci, 332.2-ci, 339.1-1-ci, 342.2.4-cü, 342.7-ci, 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 13 mart 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis kiçik serjantı X2 bildirmişdir ki, xidmətdə olan zaman “Nazlifan” minik markalı avtomobilin dövlət qeydiyyat nişanı olmadan idarə edilməsinin şahidi olmuşdur. Dərhal avtomobilə saxla əmri versə də, sürücü tabe olmayaraq sürətini artırmışdır. Sonradan yaşayış binalarının arasına daxil olmuş, təhlükəli manevrlər etməyə başlamışdır. Sonradan sürücü qaça bilməyəcəyini anlayaraq, avtonəqliyyat vasitəsini saxlamış, qaçaraq hadisə yerindən yayınmağa çalışmışdır. Avtomobili idarə edən şəxsin Şəxs olması müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinə baxış keçirən zaman onun müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları ilə təchiz edilməsi müəyyən edilmişdir. Səs siqnalının aşkar edilməsi və götürülməsi təmin tədbiri videoyazı vasitəsilə həyata keçirilmiş, müvafiq DVD disk iş materiallarına əlavə edilmişdir. Məhkəmədən barəsində icraat aparılan şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Gəncə şəhər X4 Şöbəsi Yol patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib olunmuş 13 mart 2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, 13 mart 2024-cü il tarixdə saat 16:23-də “Nazlifan” minik markalı 22 BJ 57 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 327.3-cü-müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi, 332.1-ci-Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 332.2-ci-Nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə, 339.1-1-ci Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə, 342.2.4-cü-Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə, 342.7-ci-Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması, 342.9-cu-Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsi halına (hallarına) yol verilmişdirır. Buna görə də Gəncə şəhər X4 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3cü, 332.1-ci, 332.2-ci, 339.1-1-ci, 342.2.4-cü, 342.7-ci, 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 13 mart 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə 5 videofayl aşkar edilmişdir. Həmin videofayllarda müvafiq olaraq, “Nazlifan” minik markalı avtomobilin yol patrul avtomobilindən qaçmasının, “Nazlifan” minik markalı avtomobilin duracağa təmin edilməsinin, “Nazlifan” minik markalı avtomobildən görüntünü məhdudlaşdıran şüşə örtüklərinin və çoxavazlı səs siqnalının sökülməsinin görüntüləri əks etdirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokolun tərtibi əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Şəxs səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiyinə baxmayaraq, bu hərəkəti davam etdirməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs himayəsində üç azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, çoxavazlı səs siqnalı müsadirə olunmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1143/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1143/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver