Məhkəmə qərarları › İş №3(125)-1148/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1148/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1148/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə, X4 xx.xx.2024-cü il tarixli, EQ 19074903 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə və şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 19074903 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayının 23-də idarə etdiyi “Nissan Maxima” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydasını pozduğu üçün 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. O, həmin cəriməni 03 (üç) ay müddətinə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilərək Gəncə şəhər Məhkəməsinə göndərilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2878/2023 nömrəli qərarına əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin cəriməni və üzərinə hesablanmış faizi, yəni cəmi 240 (iki yüz qırx) manatı ödəmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2878/2023 nömrəli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 3(125)-2878/2023 nömrəli qərarına xitam verilmişdir. Həmçinin, 2023-cü ilin mart ayının 22-də idarə etdiyi “Nissan Maxima” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydasını pozduğu üçün 10 (on) manat məbləğində cərimə olunmuşdur. O,həmin cəriməni 03 (üç) ay müddətinə ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilərək Gəncə şəhər Məhkəməsinə göndərilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2283/2023 nömrəli qərarına əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. O, həmin cəriməni və üzərinə hesablanmış faizi, yəni cəmi 240 (iki yüz qırx) manatı ödəmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2283/2023 nömrəli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2283/2023 nömrəli qərarına xitam verilmişdir. Lakin, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2878/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 qərarları icra edilmədiyindən (sistemə yerləşdirilmədiyindən) 21 yanvar 2024-cü il tarixində İXM-in 332.3-cü maddəsinə (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) əsasən EQ-19074903 nömrəli elektron qərara əsasən 300 manat cərimə edilmişdir. Odur ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-2878/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3(125)-2283/2023 qərarlarına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyimə dair məhkəmə qərarlarına xitam verildikdən sonra nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa olunmasına baxmayaraq, İXM-in 332.3-cü maddəsinə əsasən (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) barəsində tərtib olunmuş 21 yanvar 2024-cü il tarixli, EQ-19074903 nömrəli elektron qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, eyni zamanda o, şikayət vermək üçün ötürülmüş prossesual müddətin bərpa edilməsi barədə ərizə verərək bildirmişdir ki, o, barəsində tərtib olunmuş 21 yanvar 2024-cü il tarixli, EQ-19074903 nömrəli elektron qərarının ləğv olunması ilə bağlı şifahi qaydada Azərbaycan Respublikası DİN BDYPİ-nin Gəncə rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinə müraciət etmiş, orada onun müraciətinə baxılacağı deyilsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, o, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək üçün prossesual müddəti üzrlü səbəbdən ötürmüşdür. Odur ki, 21 yanvar 2024-cü il tarixli, EQ-19074903 nömrəli elektron qərarının ləğv olunması ilə bağlı müraciətinə baxılma müddətinin bərpa olunaraq şikayət ərizəsinə baxılması və şikayətinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2878/2023 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-2878/2023 nömrəli qərarına xitam verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 2283/2023 saylı qərarındna görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-2283/2023 nömrəli qərarına xitam verilmişdir. İş materiallarında olan EQ xx.xx.2024-cü il tarixli, EQ/19074903 il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 barəsində xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair inzibati xətanın törədilməsinə görə 300manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 529.3-cü maddəsinə əsasən 529.3-cü maddəsində isə qeyd olunur ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Öz şikayətində X5 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, “Nissan Maxima” markalı, **-DP-*** dövlət nişanlı avtomobillə sürücülük hüququ olmadan idarə idarə etmə əsası ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 332.3-cü maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Lakin iş materiallarında olan məhkəmə qərarlarından görünür ki, o, barəsində olan İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tətbiq olunan cərimələri ödəmiş və onun barəsində inzibati icraata xitam verilmişdir. Lakin məhkəmə tərəfindən həmin qərarların icra müddəti ötürüldüyü və icra edilmədiyi üçün onun barəsində İXM-nin 332.3cü maddəsi ilə yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində əsassız olaraq protokollar tərtib etmişdir. X2 yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verməməsinə isnad edərək barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarla razılaşmamış və məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, qərardan şikayət vermiş X3 isnad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, İXM-nin 126.1.-ci maddəsində qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası DİN BDYPİnin Gəncə rayonlararası qeydiyyat imtahan və texniki baxış şöbəsinə şifahi müraciət etməsi və həmin müraciətin nəticəsiz qalması nəzərə alaraq hesab edir ki, qərardan şikayət verilmə müddətinin X5 tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilməli və müddət bərpa olunmalı, X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19074903 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X9 İdarəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş elektron tənbehvermə haqqında qərarın verildiyi tarixə onun barəsində qüvvədə olan sürücülük hüququnun məhdudlaşdırılması haqqında hər hansı bir qərarın olub-olmaması məsələsinə yenidən qiymət verilərək yeni qərar qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19074903 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar